kopilkaurokov.ru - сайт для учителей

Создайте Ваш сайт учителя Курсы ПК и ППК Видеоуроки Олимпиады Вебинары для учителей

Презентация «Приведение дробей к общему знаменателю»

Нажмите, чтобы узнать подробности

Тема Линейная функция. Класс. 7 класс Учебник.Алгебра. Макарычев Ю.Н.,Миндюк Н.Г. и др. Учитель.Ахметшина Расиля Мунаваровна. Школа. РБ Бакалинский район МОБУ ООШ с. Старокуяново. Цель. Обобщить и систематизировать знания и умения по теме Линейная функция. Развивать логическое мышление. Воспитание чувства товарищества,дружбы и взаимовыручки. Оборудование:компьютер,проектор,экран,учебник,индивидуальные карточки,жетоны. Ход урока 1. Организационный момент.Психологическая установка на урок. Уч.

Вы уже знаете о суперспособностях современного учителя?
Тратить минимум сил на подготовку и проведение уроков.
Быстро и объективно проверять знания учащихся.
Сделать изучение нового материала максимально понятным.
Избавить себя от подбора заданий и их проверки после уроков.
Наладить дисциплину на своих уроках.
Получить возможность работать творчески.

Просмотр содержимого документа
«Презентация «Приведение дробей к общему знаменателю»»

MODUL -1



 MƏNİM DANIŞIQ TƏRZİM



Bu modul əsasən 4 hissəyə bölünür:



1. Effektiv danışıq sxemi

Təlimçi xüsusən bir şeyi yadda saxllamalıdır. Əgər O, təlim zamanı yaxşı danışıq tərzinə, auditoriyanın ona diqqətlə qulaq asmasını istəyirsə, o zaman bir neçə şərtlərə əməl etməlidir:

1. İlk öncə danışacağı mövzunun planını və əlbətdəki mühazirənin özünü hazırlamalı;

2. Hazırladığı plana uyğun olaraq, mövzunu tam şəkildə öyrənməli;

3. Auditoriyanın mövzu ilə bağlı verəcəyi qeyri-adi suallara hazır olmalı;

Təlimçi təlim zamanı bu gün dünyada effektiv təlimlər zamanı tətbiq olunan daha çox “ Danışıq Janrlarından” istifadə etməlidir. Bu onun təliminin keyfiyyətini artırmış olar. Nədir Danışıq Janrı? Danışıq Janrı təlimçinin təlim zamanı istifadə etdə biləcəyi jestlər, mimika,əl hərəkətləridir. Bunların hər biri təlimiçiyə təlim zamanı öz fikirlərini auditoriyaya effektiv şəkildə çatdırması üçün

lazımdır.Aparılan araşdırmalar onu göstərir ki, auditoriya qarşısında çıxış edərkən, jestlərdən və mimikalardan istifadə edən təlimçilərin təlimi daha maraqlı alınır. Təlimçilər bu hərəkətləri edərkən, bir növ auditoriyaya öz

fikirlərini daha rahat və sərbəst çatdırmış olurlar.



2. Fərdi danışıqların keyfiyyətinin qiymətləndirilməsisi



Fərdi danışıqların keyfiyyətini düzgün qiymətləndirilməsi üçün ilk növbə təlimçilyə lazım olan biliklər:



1. Auditoriyada olan hər bir iştirakçını dinləmək bacarığı

2. İştirakçılara ümumi deyil, fərdi yanaşma



İnsan öz təbiəti etibarı ilə ictimai varlıq olub cəmiyyətdən ayrı yaşamağa qabil deyildir. Cəmiyyət daxilində yaşayan insan öz iradəsindən asılı olmayaraq ətrafında olan müxtəlif insanlar və ya insan qrupları ilə ünsiyyət qurmaq məcburiyyətində qalmış olur. Bu ya insanın öz istəyi yaxud da ətrafdakıların ona qeyri-şərtsiz müraciəti əsasında baş verir. Ünsiyyət insan həyatında yaşamaq, yaratmaq baxımından çox mühüm əhəmiyyətə malik bir faktordur.Ünsiyyətin özəlliyi ondan ibarətdir ki, iki və ya daha çox tərəfdən biri və ya hər ikisi hər hansı bir məlumatı və informasiyanı ötürür və ya qəbul edir. Lakin ünsiyyətin

daha bir mühüm əlaməti ondan ibarətdir ki, tərəflərdən biri və ya hər ikisi müəyyən vaxtlarda dinləyici rolunda çıxış edir.Bu istənilən ünsiyyət prosesind baş verir.

Ünsiyyətin sona qədər normal dialoq formasında keçməsində dinləmə amili əsas yer tutur. Hər birimiz müəyyən vaxtlarda kiməsə qulaq asmaq, hər hansısa bir məlumatı qəbul etmək hadisəsi ilə üzləşmişik. Bunun təzahür formalarını ilk əvvəl ailədə, hələ körpənin təzə dirçəlməyə və nə isə anlamağa başladığı bir dövrdə valideynlərinin ona nə isə başa salmasında, daha sonra uşaq baxçasında müxtəlif yeni uşaqların ətrafında , yeni tərbiyəçilərin ona nə isə izah etdiyi vaxtlarda, sonra məktəb, universitet mühazirələrində, daha sonra isə müxtəlif irihəcmli tədbirlərdə, konfranslarda, elmi və ya sadəcə toplantılarda açıq-aydın görmək mümükündür. Bütün bu hallarda bizlər dinləmək və hər hansı bir məlumatı qəbul etmək, sonra həmin məlumatı analiz edib, nəticə çıxardıb digərlərinə ya ötürürük, ya da sadəcə özümüz əldə etdiyimiz məlumatla kifayətlənmiş oluruq. Lakin bu proses zamanı ən vacib faktor düzgün dinləmək vərdişidir. Bu vərdişlərin hələ ailədə düzgün aşılanması lazımdır. Düzgün dinləmək vərdişlərinə malik olmayan insan ona ötürülən məlumatı da düzgün qiymətləndirməkdən, obyektiv nəticə çıxarmaqdan çox uzaq olar. Bəs bizim bəhs eydiyimiz dinləmə nədir? Dinləmə məlumat xarakterli bildirişin bir vericidən başqa bir alıcıya ötürülməsi yolu ilə səs-küyü batıran və cavaba həvəsləndirən bir mühitə çatdırılması sayəsində meydana gəlir.

Xəbər – çatdırılan şeydir, məlumat xəbərdəki qeyri-müəyyənliyi bərpa edəndir. Biri sual verə bilər: “Bu xəbərdə nə qədər məlumat var?” Mənbə - xəbəri

göndərəndir, alıcı xəbəri qəbul edəndir. Mühit - içində dinləmə hadisəsinin meydana gəldiyi şərait və vəziyyətlərin bütöv halıdır. Səs – göndərənlə qəbul edən arasındakı məlumat axınına mane olan bir şeydir. Cavab – dinləyicinin

göndərənin xəbərinə şərh olunduğu şəkildə münasibət bildirməsidir. Dinləmə prosesi ikixətli prospektə bənzəyir. Natiq dinləyicilərin başa düşməsi prosesini asanlaşdırmaq üçün əsas anlayış qaydalarına uyğun danışmalıdır. Dinləyicilər də natiqin fikrini qavramaq üçün bir sıra şərtlərə əməl etməlidirlər. Unutmayaq ki, hər hansı bir natiqin (iclasda və ya sadəcə toplantıda) dinləyicisi adətən bir nəfərdən çox olur. Natiqlə dinləyicilər arasında əlaqə müvafiq, müəyyən ümumi cəhətlərə uyğun olmadıqda çatdırılan məlumat çox müxtəlif şəkildə qavranıla bilər.Dinləyicilərin düzgün başa düşməsinə kömək etmək üçün natiq kimi biz fikirlərimizi onlara hansı sözlərlə və hansı təfsilatlarla çatdırmağımıza yaxşı diqqət yetirməliyik. Rəsmi bir yığıncaq və ya sərbəst bir ziyarət olsun, bütün hallarda ən münasib dinləyici kütləsini və onlara müraciət etmək üçün uyğun vaxt seçməliyik. Hətta çıxış yeri belə - iş sahəsi, müzəkirə zalı, sosial rayon olsun – natiqlə dinləyici arasında əlaqənin yaranmasına kömək edə və ya mane olabilər.Nəhayət, bütün bu şərtləri sözlə və ya yazılı şəkildə ifadə etmək barədə qərara gəlməliyik.Digər tərəfdən dinləyici kimi bunlara əməl etməliyik:

1.natiqi söylədiklərini diqqətlə dinləyin.

2.deyilənə qarşı sizdə baş qaldıran reaksiya fikrinizi yayındırmamalıdır.

3.natiqin gətirdiyi dəlillərə diqqət yetirin.

4.verilən məlumat üzərində diqqətinizi cəmləşdirin.cismən dinləməyə hazır olun.

5.Nitqin sonunda verilən məlumatı başa düşməsək, natiqdən fikrini təkrar etməsini, əlavə misallar gətirməsini və ya mövzunu bir daha izah etməsini xahiş edə bilərik. Yaxud bunu daha münasib bir vaxtda və ya başqa bir yerdə edə bilərik.

6. Dinləmə prosesinin nə olduğunu, necə baş verdiyi anladıqdan sonra öz üzərimizdə təlim keçərək dinləməyi öyrənməliyik.

7.Hamımıza dinləmə qabiliyyəti verilmişdir. Lakin ağıllı cəhd göstərməklə yaxşı dinləmək qabiliyyəti əldə edə bilərik. Əla dinləyici olmaq üçün aşağıdakıları təcrübədən keçirmək lazımdır:

a.diqqətlə dinləmək.

b.diqqətinizin dağılmasına yol verməmək.

c.danışılan məsələ üzərində fikri cəmləşdirmək.

d.sakit halda qulaq asmağa çalışmaq.

e.deyilənləri yadda saxlamaq.

f.ön sırada oturmaq və qeydlər aparmaq.

Özümüzü göstərmək meylindən uzaq olmalı və yalnız natiq çıxışını bitirdikdən sonra nə deyəcəyimizi müəyyənləşdirməliyik. Natiqi dinləyərək sözünü kəsməməli, həyəcanımızı dəf edib sona kimi qulaq asmalıyıq. Bizi xüsusilə maraqlandıran məsələləri ayıra və bu hadqa daha dəqiq və aydın cavab almaq üçün suallar verə bilərik.

Dinləyicinin əsas nəzərə almalı olduğu amillərdən biri ona ötürülən məlumatın

qiymətləndirilməsindən ibarətdir. Bunun üçün dinləyici natiqlə birbaşa əlaqə yaratmaqdan çəkinməməlidir. Natiqə cavab vermək və dinləyici kimi nə anladığımızı bildirmək əksər hallarda faydalıdır. Natiqdən daha çox məlumat

almaq üçün suallar verə bilərik, bununla natiqin daha anlaşıqlı danışmasına, çətin bir məsələnin şərhinin öhdəsindən gəlməsinə də kömək etmiş olarıq. Natiqin demək istədiyi fikri dəqiqləşdirmək üçün onun ifadəsini təkrar edə bilərik.

Dediklərini başa düşdüyümüzü natiqə əl-qol jestlərimiz və hisslərimiz vasitəsilə də çatdıra bilərik.Daha çox məlumat almaq üçün ən ümumi suallar (Nə vaxt? Nə? Harada? Kim? və.s) verə bilərik. Mətləbi xırdalamaq və ya natiqin çətin bir məsələnin şərtinə diqqət yetirməsinə kömək etmək üçün başqa konkret suallar da verə bilərik.Dinləmə prosesində dinləyicinin fiziki vəziyyətinin düzgün seçilməsi çox vacibdir. Dinləyici natiqə daha yaxşı və səmərəli qulaq asıb istədiyi məlumatı əldə etmək niyyətindədirsə, bu zaman natiqlə özü arasındakı münasib uzaqlıq və ya yaxınlığı, natiqi görmə bucağını özü müəyyənləşdirməlidir. Dinləmə prosesindəki fiziki vəziyyət müxtəlif dinləyicilər üçün müxtəlif olduğu üçün bununla bağlı konkret göstərişləri də müəyyən etmək bir qədər çətinlik törədir. Ümumiyyətlə düzgün dinləmək özü bir ədəbdir. Bu ədəbə riayət olunması insanın ətrafdakılar yanında hörmətini artırar, ünsiyyət prosesini gözəlləşdirər, insanın kamilləşməsinə və hikmətinin artmasına təsir göstərər.





4. Geniş auditoriya qarşısında yaxşı çıxış etməyin sirləri



Təlimin yaxşı aparılması üçün yaxşı ünsiyyət şəriştəsinin olması çox vacibdir.Bu səriştə söhbət,dinləmə,qrup üçün mütaliə və sairə vasitəsiylə cilalana bilər.



• FƏAL DİNLƏMƏ- Bütün bədənlə dinləmək: qarşıya əyilərək, danışan şəxsi dinləməklə marağınız olduğunu nümayiş etdirmək,danışana baxmaq,diqqətli olmaq, başla təstiqləmək və həvəsləndirici jestlər etmək, məsələn: “ Aha......”, “Elə mi?”, “Bir az ətraflı danışa bilərsinizmi?”



• DİQQƏTLƏ DİNLƏMƏ-Fikiri toplamaq, tam ifadə olunmayan məna – gündəlikdə olan məsələni qiymətləndirmək.



• REFLEKTİV DİNLƏMƏ- Digər şəxsin bildirdiyi fikri yenidən mümkün olduğu qədər daha dəqiq ifadə etmək.Bu eşitdiklərinizin dəqiqləşdirilməsində Sizə kömək edir və fikir şöyləyən şəxsi birdaha əmin edir ki, Siz ona diqqətlə qulaq asırsınız.



• EMPATİYA- Başqalarının nə hiss etdiklərini başa düşməyə çalışmaq.







MÜZAKİRƏLƏRİN APARILMASI





Bəzən müzakirəyə və ya işə başlamazdan əvvəl , qısa söhbət aparmaq lazım gəlir.Qrupu, Sizi müzahirənin əsasına çevirməkdən və Sizinlə “ Ekspert” kimi davranmaqdan yayındırın.Qrupda üzvlərin yalnız Sizinlə deyil, bir-birləri ilə də söhbət etmələrini təmin etmək üçün əks suallar verin və “Çarpaz söhbət”üçün şərait yaradın. Müzakirələr zamanı siz “ Soyuducu “Metodundan İstifadə edə bilərsiniz . Nədir bu metod? Fərdi bilik səviyyəsini yoxlamaq üçün biz «soyuducu» metodunu təklif edirik. İştirakçılara təklif olunur ki, onlar özlərini narahat edən məsədələrə dair suallar versinlər.Əgər cavab dərhal tapılmırsa (ola bilsin, ona görə ki, mövzu hələ müzakirə edilməyib),sual soyuducunun şəkli çəkilmiş bir vərəqə yazılır. Sonradan, daha münasib vaxtda, məsələ yenidən qaldırılır – belə desək «soyuducudan çıxarılır». Çalışın müzakirələr zamanı auditoriyada olan bütün iştirakçılarla işləyəsiniz. Konkret bir nəfərlə işləməyəsiniz. Müzakirələrivizdə Beyin Həmləsindən istifadə edin. Bu sizə auditoriyadakı əhval ruhiyyəni canlandırmağa kömək edə bilər.Bu zaman sizin təliminiz olduqca maraqlı və canlı olacaq. Auditoriyadakı insanlar sizin irəli atdığınız prolemli sualın həlli üçün öz variantlarını deyəcəklər. Bu da sizə kömək edəcək ki, auditoriya ilə səmimi münasibətləri qura biləsiniz.









MÖVZUNUZUN TƏQDİM OLUNMASI



Seminar üçün əsas mövzuları seçdikdən sonra , hər bir mövzunu iştirakçıların qavraya biləcəyi şəkildə təqdim etməyi planlaşdırın.



1. Təlimdən Qabaq iştirakçını yoxla

o Kim iştirak edəcəkdir.



o Onlar hansı funksiyaları yerinə yetirəcəklər



o Onlar təlimə könüllü, yoxsa məcburi gəlməklərinin yoxla



o Onlar təlimdən nə etməyi gözləyirlər

.





Təlim mühütini yoxla



Öyrənənlər özlərini rahat hiss etdikdə,təlim prosesi daha səmərəli keçir.Bununla belə,siz yaşlı nəsillə də ünsiyyətdə ola bilərsiniz ki,Bu şəxslərin təcrübəsi onların yaxşı şagird olmadıqlarına onalrı inandlrmışdır.Buna görədə siz aşağıdakı təşkil etmək lazım gələcək:



o Aşağı- risqli mühüt yarat (müsabiqə və testlərdən istifadə etmə)



o Mümkün görünən tapşırıqlar verin



2. Kurs / treyninq ərzində

• Giriş



o Görünüşünüz çox vacibdir.Gözəl lakin rahat paltar geyinin.



o Özünəgüvənən görünün,gülümsəyin,insanları səmimi salamlayın və qamətinizi düz saxlayın



o İlk təəssuratlar çox əhəmiyyətlidir.Açılış qeydləriniz qısa və sadə olmalıdır



o Aşağıdakılar haqqında ümumi məlumat verin:



o Kursun əhatə edəcəyi mövzular



o Mövzuya sizin yanaşmanız



Səsiniz



o Xüsusi məqamları vurğulamaq üçün səsinizdən və tondan istifadə edin



o Öz normal tessituranızı işlədin(səsin orta tempi)



o Mədəni cəhətdən müvafiq olan səs yüksəkliyindən istifadə edi



o Tonunuza və intonassiyanıza imkan verin emosiyalarınızı və münasibətlərinizi çaşdırsın(müvafiq jestlərdən istifadəsi ilə birgə)



o Səsinizi otağın arxa hissəsində olan şəxsə çatdırmağı unutmayı



o Hər kəsin sizi eşidə bildiyindən əmin olun



o Qapalı Suallardansa,tez-tez açıq suallardan istifadı edin



o Vizual iştirakçıların diqqətini cəlb etmək üçün sözləri seçərkən”hiss edilən”vizual və aktiv sözləri əlavə etməyi unutmayın



o Normal sürətlə danışın(Həddindən artıq surətli nitq sizi anlaşılmaz edir,ləng nitq isə yorucu və bezdirici səslənir)



o Səsə nəzarət məşğələlərini təcrübədən keçirin(təsəvvür edinki Siz böyük və ya Kiçik otaqda çox və ya az adamın qarşısında çıxış edirsiniz)Diksiyanızı,tembirinizi,tonunuzu yozlayın,jestlətdən istifadə edin



Gözləriniz



o Qrupdakı hər kəslə ötəri göz əlaqəsi saxlayın



o Kimsı sual verdikdə və ya şərh irəli sürdükdə onunla göz əlaqəsi saxlayın(bu zaman onlar,sizin onlara diqqətlə qulaq asdığınızı və onların fikirlərinə önəm verdiyinizi və hörmətlə yanaşdığınızı anlayır



o Bütövlükdə qrupa sual verərkən,yalnız bir və iki nəfərər baxmayln yaxşısı budur otağa ötəri nəzər salın

Bədən diliniz



o Əllərinizi nə edəcəyinizi düşünün(məs:markeri saxlaayın)



o Əllərinizi azad saxlamaq xüsusiyyəti təcrübə ilə gəlir



o Prosesin sizin üçün maraqlı olduğunu göstərin(sözlərdən və sözsüz reprikalardan istifadə etməklə)



o Bədən dilinizi dediklərinizə uyğunlaşdırmağı öyrənməlisiniz



o Öz ərazinizə diqqətlə yanaşın-başqalarının ərazisinə daxil olmayın



o Mədəni cəhətdən həssas olun





Tempiniz



o Görüləcək işlərin vaxt və tempini müəyyənləşdirərkən peşəkar mühakimə qabiliyyətindən istifadə edi



o Unutmayınki treyninqin müvəffəqiyyətli olması üçün təlim anları hansısa işlə məşqul olmaları zəruridir



o Psixoloqlar iddia edirki insan şüuru tam məşğul olmadıqda o hər 7 dəqiqədən bir seksual fantaziyalara dalır.İnsanlar eyni zamanda iki şeyə fikir verə bilməz.Beləliklə auditoriyaya bir iş tapşırdıqda onların fikri çox çətinki başqa yerə yayınsın.Beləlillə onların fikirlərini mövzu üzərində cəmləşdirərək,tapşırıqlar verin.



o Bunu xoş bir təcrübəyə çevirin.



o Diqqəti Cəlb edənlərdən, sürpirizlərdən və fəallaşdırıcı metodlardan istifadə edin.

ABŞ-dakı Kolumbiya Universitetində parılan tədqiqat onu göstərir ki, təqdim edilən məlumatlar onları qəbul edən şəxs tərəfindən aşağıdakı faiz nisbətində qavranılır.

o 1,5%- toxunma

o 1,5%-dad

o 6%-iy

o 10%-eşitmə

o 81%-görmə



Beləliklə fakt göz qabağındadır.Vüzual məlumatlardan daha çox istifadə edin.Sxem və Qrafiklərdən daha çox istifadə edin.





FAYDALI STRATEGİYALARA BUNLAR DAXİLDİR







Sual və Cavab



Qısa şifahi tapmacalar və yazılı anketlər, insanların nəyə ehtiyac duyduqlarını və harada boşluqların olduğunu müəyyən etməyə yardım göstərir.



Cavabları özünüzün bildiyinizdən əmin olun !



Sual vermək Mexanizmi

Yəqin ki, sualların verilməsi otaqda olan bütün iştirakçıların cəlb edilməsi üçün ən sadə yoldur.

Veriləcək sualları diqqətlə planlaşdırmaq lazımdır. İki sual növü mövcuddur:



o Qapalı suallar- Bu suallar bir neçə sözlə- Bu suallar bir neçə sözlə cavablandırıla bilər.Məsələn Azərbaycanda hərbi xidmətə getmək üçün Sizin neçə yaşınız olmalıdır ?”



o Açıq suallar-Bu suallar cavab verən şəxsi, onu kifayyət edəcək düşündüyü miqdarda cavab verməsinə şərait yaradır.Məs: “ Sizcə Hərbi Azərbaycanda hərbi xidmətə cağrılmada yaş həddi çoxaldılmalıdırmı?”



Açıq Suallar Aşağıdakı şəkildə təsniflənə bilər:



o Hipotetik suallar-Diqqəti cəlb edir və insanları emosional cəhətdən ələ alır.Bir başa cavablara yol verməyin. Məs: “ Siz neçə dəfə.....?”





o Qabaqlayıcı suallar-Asıllıq yaradır və iştirakçını cəlb edir.Məs: “ Yəqin sizin üçün maraqlıdır ki,......”

Siz yəqin ki, belə-belə hesab etməyə başlayırsınız ki,......”





o Tənqidi və ya təyinedici suallar- İştirakçıları öz təcrübələrinə baş vurmaqda təhrik edir, cavabın vizuallaşdırılmasında onlara yardım göstərir.

Məsələn: “ Nə zamansa düşünmüsünüz ki,.....?





Yadda saxlayın



o Eyni zamanda yalnız bi sual verin.



o Sual verin. Gözləyin, Cavab vermək istəyən şəxsin adını çəkin.



o Cavab verməsi üçün həmin şəxsə kifayyət qədər vaxt verin



o Cavab ala bilmədiyinizdə, yaxud həmin şəxs ssualı düzgün anlamadıqda, sualı birdaha təkrarlayın və başqa şəxsdən soruşun.



o Sualı hamıya aid edin



o Cavablara diqqətlə qulaq asın



o Həmişə müsbət reaksiya göstərin-bütün şərhlərin və sualların keçərli olduğunu təsdiqləyin



o Hərdən təyin edici suallar verin, Məs : “Maraqlıdır, görəsən.... olsa idi, nə baş verərdi?”



o Əlavə təhrikedici şərh və ya sual verin



o Sualları qrupa nəzarət etmək üçün VERMƏYİN !

















3. Yaxşı danışıq tərzini necə inkşaf etdirmək olar



Çox adam hafizəsindən şikayət edir və Makedoniyalı İskəndər kimi güclü yaddaşa malik olmağı arzulayır. Deyilənlərə görə, İskəndər bütün əsgərlərinin adını əzbərdən bilirdi. Loqarifmlər cədvəlini əzbərdən yadda saxlayan akademik Landaunun da hafizəsinə qibtə etmək olar. Lakin həsəd aparmaq lazım deyil - hər şey öz əlinizdədir. Soruşacaqsınız ki, məgər hafizəni bu dərəcədə inkişaf etdirmək mümkündürmü? Bəli, mümkündür. Alimlər sübut edir ki, insanın beyni ən xırda detalları belə yadda saxlamağa qadirdir. Bütün bu informasiyanı sonradan bərpa etmək üçün yalnız inad və mütəmadi məşqlər tələb olunur.

Hər insanın individual yadda saxlama stili var, yəni hər birimiz informasiyanı unutmamaq üçün müxtəlif üsullardan və fəndlərdən istifadə edirik. Yəqin ki, sənin də təcrübəndə hər hansı bir məlumatı yadda saxlamağa kömək edən metodlar mövcuddur. Əgər yox, onda təqdim etdiyimiz material məhz sənin üçündür. Təklif etdiyimiz məşqlər müxtəlif hafizə növlərinin inkişafına yönəldilir və kifayət qədər sadədir. Onların sırasından özünə daha münasib olanı seç və hafizəni gücləndir. Göz yaddaşı Göz, insanın informasiya aldığı ən əsas kanallardan biridir. İnformasiya insanın göz hafizəsində həkk olunur. Təbii ki, göz yaddaşı müxtəlif insanlarda müxtəlif dərəcədə inkişaf edib - kimidə çox, kimidə az. Məsələn, güclü göz yaddaşına malik olan adamlar bir-iki dəfə baxmaqla hər hansı bir riyazi və ya fizika cədvəli, kimya reaksiyasının formulunu asanlıqla yadda saxlaya bilirlər. Dərs materialını mənimsəmək üçün isə belə insanlara bir neçə dəfə onu oxumaq kifayətdir. İstəyirsən, sənin də belə yaddaşın olsun? Onda təklif etdiyimiz məşqlərə başla! Onların vasitəsilə, istənilən fənlər üzrə, o cumlədən qəbul imtahanlarına, daha yaxşı, daha effektiv hazırlaşa biləcəksən. Birinci məşq - "Obrazın yadda saxlanılması" - üç pillədən ibarətdir. Bəzən hər hansı bir obrazı müəyyən müddətdə yadda saxlamaq və yada salmaqda çətinlik çəkirik.

1. Buna görə zehnini hər hansı bir informasiyadan "tam boşaldıb", 3-10 dəqiqə ərzində istənilən predmetə bax. (diqqətini onun mərkəzi nöqtəsində cəmləşdirib çalış ki, obyekti bütövlükdə görəsən və ya onun müəyyən hissəsini baxış əhatəsinə alasan). Sonra gözünü 3-4 dəqiqəliyə bağlayıb gördüyün obrazı mümkün qədər canlı və dəqiq təxəyyülündə bərpa etməyə çalış. Yaxşı olar ki, canlandırdığın obrazın özü də

rəngli olsun. Məşğələ ərzində bunu 5-10 dəfə təkrarla və hər zaman xəyali obrazı onun orijinalı ilə müqayisə et. Hər yeni cəhd digərlərindən fərqlənməlidir, yəni hər dəfə məşqi dəyişik tərzdə yerinə yetirməyə çalış. Əsas məqsəd - istənilən vaxt gerçəklikdə gördüyün obrazı təxəyyülündə "təkrarlamaq" və "silmək"dir. Eni zamanda bəzi insanlar lazımsız informasiyanı yaddan çıxartmaqda da müəyyən dərəcədə çətinlik çəkir. Lazımsız informasiya, yaddaşı "zibilləyərək" yeni materialın mənimsənilməsinə mane olur. Məhz buna görə yadda saxlama vərdişlərilə parallel şəkildə yaddaşdan gərəksiz informasiyanı silmək bacarığını da inkişaf etdirmək lazımdır.

2. İlk növbədə, hər hansı bir əşyanı seç. 3-5 saniyə ərzində (nəfəsini çəkərək) onu ən xırda detallarda yadda saxlamağa çalış. Sonra, gözlərini bağlayıb, 3-5 saniyə ərzində həmin əşyanı təxəyyülündə təkrarla ((nəfəsini saxlayaraq). İndi isə nəfəsini yavaş-yavaş burax

və beynindəki obrazı "uzaqlara atmağa" çalış. Bu məşqi bir neçə dəqiqə ərzində təkrarla. Hər 3-5 cəhddən sonra obrazın xəyali təsviri üsulunu dəyiş, yavaş-yavaş daha mürəkkəb obrazlara keç, yadda saxlama müddətini artır və ya azalt və s. Bütün bunların vasitəsilə yaddaşını sürətlə inkişaf etdirə biləcəksən.

3. Gözübağlı vəziyyətdə obrazı canlandırmağı öyrənəndən sonra növbəti məşğələyə keç. Məsələn, rahat pozada divanda əyləş - özünü tam sərbəst hiss etməlisən. Ətrafına nəzər sal - ürəyinə yatan hər hansı bir obyekti seç. Məsələn, masanın üstündəki qlobusu. Ona diqqətlə 5 dəqiqə ərzində bax - çalış ən xırda detalları belə nəzərindən qaçırmayasan. İndi isə gözlərini yumub, ona bir daha təxəyyülündə "bax". Sonra əvvəlcədən hazırladığın təmiz ağ vərəqə baxıb,

həmin obrazı ekranda olduğu kimi kağızın üzərində "görməyə" çalış. Konkret əşyaların "canlandırılmasını" öyrənəndən sonra, daha mürəkkəb obrazlara - şəkil, təbrik kartı və s. keçmək olar. Hər məşğələdən əvvəl gözlərini bağla və təxəyyülündə lazımi obrazı canlandırıb, onu ən xırda detalları ilə təkrarla. Həmin metod vasitəsilə intellektual və fiziki məşğələlərin effektivliyini 2-3 dəfə artırmaq olar. Kibritlə məşğələ Xahiş elə, bir nəfər kibritləri stolun üstündə düzüb ağ kağızla örtsün. Sonra kağızı 1-2 saniyəlik qaldırıb, kibritlərdən alınan fiquru sənə göstərsin. Həmin fiqura baxıb, gözlərini bağla və kibritləri saymağa çalış. Sonra gözünü aç və əvvəlcədən hazırladığın digər kibritlərdən yadda saxladığın fiquru eyni gördüyün kimi bərpa etməyə çalış. Kibritlərin sayını və düzdüyün fiquru orijinalla müqayisə et. Əgər yaddaşında asanlıqla 10-a qədər kibrit saxlaya bilirsənsə, bu yaxşı nəticədir. Müşahidəçilik qabiliyyətini və göz yaddaşını inkişaf etdir Bu məşq vasitəsilə gördüklərini daha dərindən dərk edəcəksən və beləliklə, öyrənmək istədiyin materialı dəqiqliklə yadda saxlaya biləcəksən. İstənilən əşyanı (və ya bir neçəsini) masanın üstünə qoy (məsələn, yazı ləvazimatlarını, divardakı şəkili, uşaq oyuncaqlarını, jurnaldakı illüstrasiyanı və s.). Bir dəqiqə ərzində diqqətlə həmin əşyalara bax. Çalış mümkün qədər çox detal yadında qalsın - əşyaların forması, rəngi, dizaynı, modeli və s. Əşyaya xas olan elementlərin miqdarını dərk elə və təxəyyülündə onların siyahısını tut. Sonra həmin əşyanı stolun üstündən götürüb yerini dəyiş. Bir daha köhnə yerə baxaraq, həmin əşyanı əvvəlki kimi təsəvvür etməyə çalış. Bundan sonra gözünün önünə gətirdiyin əşyanın elementlərini kağız üzərində sadala və hazırladığın siyahını orijinalla müqayisə et. Hər məşğələdən sonra nəticələri araşdır. Bunun üçün əşyaların ümumi sayını qeydə al. Hər düzgün müşahidəni "+1" bal kimi , hər yanlış müşahidəni "-1" bal kimi hesabla. Sonra balları topla və əşyaların ümumi sayına böl. Beləliklə, məşğələlərin nəticəsini çıxara biləcəksən. Siseronun metodu Siseronun metodu müxtəlif materialların yadda saxnalılması üçün ən effektiv üsullardan biridir. Bu metoddan qədim dövrlərdən bəri istifadə etməyə başlamışdılar. XIII əsrdə bu metodun vasitəsilə dominikan-rahiblər natiqlik sənətini öyrənirdilər. Rahiblər konkret yolu "seçib", onu təxəyyüllərində "keçirdilər" və "keçdikləri" həmin yol boyunca nitqləri üçün hazırladıqları fikirləri, sözləri "səpələyirdilər". Çıxış zamanı isə həmin yolu bir daha xəyalən keçir, "qoyduqları" fikirləri, sözləri "görüb qaldırırdılar". Sən də həmin metoddan istifadə edə bilərsən. Əvvəlcə lazımi informasiyanı yadda saxlamaqda sənə

kömək edəcək şərti "yolu" seç - bu, hər hansı bir küçə, hər gün evə gələndə keçdiyin yol, hətta bir otaqdan digərinə aparan koridor da ola bilər. Belə bir situasiyanı fərz edək - anan səni ərzaq dalınca mağazaya göndərir. Bunun üçün dayanacaqdan mağazaya qədər yol getməlisən. Yadına sal - həmin yolda diqqəti cəlb edən nələr var. İndi isə həmin yadda qalan yerdərdə ev üçün alınacaq ərzaqları "yerləşdir". Məsələn, dayanacaqda yağ qutusunu "qoy", yolda rastlaşdığın hündür ağacın budaqlarından alma "as", təsəvvür et ki, balkonun altında dayanan köhnə maşının içinə makaron tökülüb və s. Beləliklə, mağazaya çatanda, sadəcə olaraq keçdiyin yolu gözünün önünə gətirmək kifayətdir - hər nə almalısansa, dərhal yadına düşəcək. Lakin aşağıdakıları unutma:

o Obrazlar yaxşı yadda qalan yerlərdə "qoyulmalıdır"

o Kiçik obrazlar həcmdə böyüdülür, irihəcmli obrazlar isə əksinə kiçildilir;

o Assotiativ bağlantı aydın, qeyri-adi və dinamik olmalıdır. Eşitmə yaddaşı Hər bir tələbə və ya şagird lazımi materialı minimal səylərlə yadda saxlamaq və dərindən dərk etmək istəyər. Xüsusilə də, qəbul və ya sınaq imtahanlarına hazırlaşanda və qısa vaxtda böyük materialı öyrənmək lazım olduqda. müəllimin və ya repetitorun şərhlərini mənimsəyib, dərsi yaxşı və "ömürlük" yadda saxlamaq üçün ən birinci şərt - düzgün qulaq asmaq və eşitdikdərini yadda saxlamaqdır. Bununla, vaxta qənaət edib, digər dərslərə də diqqət yetirə biləcəksən. "Səslərin yadda saxlanılması" Qısa danışıq fraqmentini və ya müxtəlif səsləri maqnitofona yaz - bu, adi söhbət, televiziya və ya radio verilişindən bir parça, hətta sadəcə küçədə eşitdiyin səslər də ola bilər. Lent yazısı təqribən 2-3- dəqiqəlik olmalıdır. Sonra yazıya qulaq as və çalış hər şeyi yadda saxlayasan. Kasetə qılaq asdıqdan sonra danışığı və ya səsləri mümkün qədər ətraflı detallarla yadına salmağa çalış. Hətta yadına saldıqlarını kağız üzərində qeydə ala bilərsən. Sonra kaseti bir daha oxutdur və müqayisə et: xatırladıqların nə dərəcədə orijinala uyğundur. Ən xırda detalları yadına salmağı öyrənməyənə qədər təzə səslər yazma. İstəsən, nəticələri araşdıra bilərsən. Səslərin, sözlərin və ya cümlələrin ümumi sayını hesabla. Hər düzgün cavabı "+1", hər yanlış cavabı isə "-1" kimi qiymətləndir. Əgər eşitdiklərinin hamısını düzgün ardıcıllıqla xatırlaya bilirsənsə - "10", əgər əksəriyyətini - "5" bal əlavə edə bilərsən. Sonra balları toplayıb hesabladığın səs, söz və ya cümlələrin sayına böl. Məşq etdikcə daha yüksək nəticələr əldə edə biləcəksən. Materialı daha asanlıqla yadda saxlamaq üçün nə emək olar... Lazımi informasiyanı yadda saxlamaq üçün insanlar müxtəlif individual metodlardan istifadə edir. Lakin çoxları heç bilmir ki, müraciət etdiyi üsullar nə qədər səmərəsizdir. Çox vaxt məktəb şagirdləri tapşırıqları yadda saxlamaqda çətinlik çəkir. Adətən problem heç də onların zəif hafizəsində deyil. Sadəcə olaraq, onlar bəzən yanlış metodlara əl atır. Məsələn, hər hansı bir şeri sətir-sətir öyrənmək əvəzinə, onu bütövlükdə yadda saxlamağa cəhd göstərirlər. Əlbəttə, əziyyətli olsa da, bu da bir metoddur... lakin çətin ki, materialı bütövlükdə təkrarlamaqla onu yaxşı öyrənə biləcəksiniz. Düzgün öyrənmə metodu, avtomatik olaraq lazımi materialın yadda saxlanılması problemini də həll edir. Bəlkə, sən də istifadə etdiyin üsulları araşdırıb, onları daha səmərəli metodlarla əvəz edərsən Ədəbi əsəri asanlıqla yadda saxlamaq üçün nə etmək lazımdır Əgər hər hansı bir hekayəni və ya müəllifin həyat və yaradıcılığı haqqında materialı yadda saxlamaqda çətinlik çəkirsənsə, aşağıdakı üsuldan istifadə edə bilərsən: Hər hansı bir əsəri, məsələn, hekayəni bir dəfə oxu. Özünü hekayənin baş qəhrəmanı və ya sadəcə iştirakçısı rolunda (bu hətta cansız predmet də ola bilər) təsəvvür et. Təxəyyülündə özünü onunla müqayisə elə, oxşar cəhətləri tap, onun kimi düşünməyə başla, onun kimi hərəkət et. Bir sözlə, təsəvvür et ki, baş qəhrəman (və ya predmet) - elə sən özünsən. İndi isə, ümumi süjeti bilərək, öz rolunu oynamağa başla və hekayəni "yarat". Bunun üçün əvvəlcədən hazırladığın 20-30 sözdən istifadə edə bilərsən (bu, mətnin həcmindən asılıdır). Həmin sözlər hekayəni "yazmaqda" sənə kömək edəcək. Sözləri asanlıqla yadda saxlamaq üçün nə etmək lazımdır. Sözləri yadda saxlamaq məqsədilə müxtəlif metodlardan istifadə etmək olar. Ən rahat metodlardan biri - həmin sözlərin bir hekayəyə bağlanılmasıdır. Məqsədin – diktə olunan sözlərdən hekayə qurmaqla onları yadda saxlamaqdır. 20 söz və 30 saniyəlik intervaldan başlamaq məsləhətdir. 18 sözü asanlıqla yadda saxlaya bilirsənsə, sözlərin sayını 100-ə qədər artırıb, onların arasındakı vaxt intervalını 2 saniyəyə kimi azaldaraq daha mürəkkəb tapşırıqlara keçə bilərsən. Məşq prosesində yadda saxlaya biləcəyiniz sözlərin sayını 200-ə çatdırmaq lazımdır. Bu metod çox yaxşı nəticələr verir. Bir az məşq etdikdən sonra xahiş elə ki, sözləri sənə iki-iki diktə etsinlər, sonra pauza verib, üç-üç desinlər (pauza), dörd-dörd, beş-beş və s. Məsələn, aşağıdakı sözləri yadda saxlamağa çalışaq: kitab, çanta, pilləkən, qapı, əjdaha, lampa, yol, ağac, asılqan, balış, telefon, ay. İndi isə təqribən belə bir hekayə "yazmaq" olar: "9-mərtəbəli ev ölçüsündə bir KİTAB görürsən. Bu kitabın üz cildində qırmızı ÇANTA şəkili çəkilib. Həmin çantadan uzun, dairəvi PİLLƏKƏN harasa aparır. Biz pilləkənlə düşürük. Birdən qarşımızda QAPI görünür. Onu açmaq mümkün deyil. Lakin həmin an köməyimizə ƏJDAHA obrazında yaxın dostumuz gəlir. O, qapını açır. Qapı açılanda uzun şnuru olan bir LAMPA görürük. Lakin yaxınlaşanda bu şnur uzun YOLa çevrilir. Bu yolun sonunda böyük AĞAC var. Ağacdan ASILQANLAR asılıb. Ağaca yaxınlaşıb, onlardan birini "dəririk". Birdən göydən "BALIŞ yagışı" yağmağa başlayır. Biz gizlənməyə yer axtarır TELEFON budkası görürük. Ora girib, qapını bağlamaq istəyirik. Qapı isə qəflətən aralanıb Aya uçur". Belə abstrakt hekayə "yazmaq" heç də çətin deyil. Sadəcə olaraq, fantaziyanı işlət mək kifayətdir. Sonra sözləri yada salmaq istəyəndə, hekayəni təxəyyülündə canlandır. Lakin, unutma: hekayələr bir-birinə oxşamamalıdır. Əks halda sözlər başında qarışa bilər. Beləliklə, məşqə başlamazdan əvvəl, aşağıdakıları nəzərə almaq lazımdır:



o Obrazlar qeyri-adi, dəqiq və parlaq olmalıdır. Sən onları təxəyyülündə aydın "görməlisən";

o Onlar hərəkətdə olmalıdır;

o Obrazları bir-birilə bağladıqda, onları bir-birinin üstünə qoya bilərsən, bir əşya digərinə çevrilə bilər və s. Rəqəmləri asanlıqla yadda saxlamaq üçün nə etmək lazımdır Çoxları rəqəmləri, xüsusilə də önəmli hadisələrin tarixlərini, yadda saxlamaqda çətinlik çəkir. Əgər bu problemlə toqquşmusansa, aşağıdakı metoddan istiəfadə edərək, onu rahatlıqla həll edə bilərsən: Hər hənsı bir tarixi, sənin üçün önəmli olan hadisə ilə bağla. Məsələn, 1993-cü ildə baş verən tarixi hadisəni yadda saxlamalısan. Xatırla - 1993-cü il sənin üçün nəylə əlamətdar idi? Bəlkə, həmin il kiçik qardaşın anadan olub? Çox yaxşı - onda həmin tarixi hadisəni qardaşının anadan olduğu il kimi yadında saxla. Digər üsul - hər hansı bir tarixi, ayrı-ayrı hissələrə bölüb yadda saxlamaqdan ibarətdir. Məsələn, Çaldıran döyüşü 1514-cü ildə baş verib. Bu tarixi yadda saxlamalısan - 1514. İndi isə fikirləş - bəlkə, 15 - telefon nömrənin son rəqəmləri, 14 isə - mənzilinizin nömrəsidir və ya həmin rəqəmlər başqa assosiaysiyalarla bağlana bilər?! Əgər hər hansı bir tarixi yadda saxlaya bilmirsənsə, onu digərlərilə qarışdırır və ya hər zaman unudursansa, onda bu metoddan faydalan! Xarici dilləri öyrənirik Ən azı bir xarici dilin bilməsi hər hansı bir sahədə uğur qazanmaq üçün əsas şərtlərdən biridir. Cəmiyyətdə özünəlayiq yer tutmaq üçün xarici dillərin mənimsənilməsi, hər bir insanın qarşısında geniş imkanlar açır. Bəziləri dilləri öyrənməkdə heç çətinlik çəkmir və onları "tum kimi çırtlayır". Digərləri əksinə, hər hansı bir xarici dilin qrammatikasını öyrəndikdə problemlərlə qarşılaşır. Amma hansı kateqoriyaya aid olursansa ol, hər halda xarici dildə sərbəst danışmaq üçün zəngin söz ehtiyatı tələb olunur. Lakin qısa müddətə çox söz öyrənmək heç də asan iş deyil. Əgər yeni söz və söz birləşmələrini əzbərləməkdə çətinlik çəkirsənsə, xüsusi metoddan istifadə edə bilərsən. Bu metod, sözlərin iri bloklarda bağlanması prinsipinə əsaslanır. Həmin metoddan istifadə edərək, birdəfəyə daha çox söz yadda saxlaya biləcəksən. Məsələn, ingilis dilini öyrənənlər aşağıdakı blokdan faydalana bilərlər: Blok (tərəvəz) Egg-plant (badımcan) Cucumber (xiyar) Pumpkin (boranı) Cabbage (kələm) Radishturp) Blokları tərtib etdikdə, məna etibarilə bir-biridə bağlı sözləri seç. 3-5 sözdən başlayıb, tədricən 30-50 sözdən ibarət 5 bloka keç və s. Daim, əldə etdiyin nəticələri müqayisə et. Çalış özün üçün bloklarda optimal söz sayını təyin edəsən. Nəzərə almaq lazımdır ki, parallel şəkildə obrazlı yaddaşı inkişaf etdirməklə, blokların həcmini çoxaldır və eyni zamanda, blok sayını 9 -a qədər artıra bilərsən. Xarici sözləri yadda saxlamaq üçün aşağıdakı metoddan da istifadə etmək olar: İlk növbədə, əzbərləmək istədiyin xarici söz üçün ana dilində oxşar tələffüzlü söz tapmalısan. Məsələn, ingilis dilindəki "porthole" sözü Azərbaycan dilinə "illüminator" kimi tərcümə olunur. Diqqət yetirdikdə görürük ki, tələffüzdə "porthole" dilimizdə işlənən "portfel" sözünə oxşayır. Buna əsaslanıb, abstrakt bağlantı qura bilərsən - məsələn, təsəvvür elə ki, illüminatora baxıb, kosmosda uçan portfel görürsən. Nə qədər absurd olsa da, həmin sözün mənası daha heç vaxt yadından çıxmayacaq. Unutma: materialı daha yaxşı və "ömürlük" yadda saxlamaq üçün, diqqəti mexaniki əzbərləməyə deyil, onun mənasına və tələffüzünə yetirmək məsləhətdir. Dili daha dərindən mənimsəmək üçün sözlərin mənasına xüsusi fikir vermək lazımdır. Bunun üçün izahlı lüğətə, hətta əgər mümkünsə - bir neçəsinə, müraciət etmək tövsiyyə edilir. Eyni zamanda, öyrəndiyin sözü bir neçə dəfə ucadan təkrarlamaq olar, özü də söz vurğusunu müxtəlif hecalara qoyaraq. Hər zaman sözü tələffüz etdikdə, müxtəlif emosiyaları ifadə etməniz də pis olmaz (təəccüb, sevinc, qəzəb, heyrət və s.). "Yaddaşın tərbiyəsi" Diqqət ritminə dair məşqlər İnsan hafizəsi unikaldır - o, ağlasığmaz həcmdə informasiya saxlamağa qadirdir. Lakin diqqəti cəmləşdirə bilmədən, ən unikal yaddaşın belə dəyəri yoxdur. Biz yalnız o zaman informasiyanı yadda saxlayırıq ki, o, diqqət obyektimizə çevrilsin. Hər hansı bir hadisəyə və ya predmetə fikir vermədən, əlbəttə, heç nəyi yadda saxlamaq mümkün deyil. Diqqətli olub, materialı yaxşı yadda saxlamaq üçün heç də sakitlik tələb olunmur. Qəribə görünsə də, məhz ideal sakitlikdə çoxları fikirlərini toplaya bilmir. Hər birimiz müxtəlif dərəcədə diqqətimizi idarə edə bilirik. Lakin səs-küylü şəraitdə fikrini toplaya bilib işləyən insanları gördükdə, onlara həsəd aparırıq. Qibtə etmə! Xüsusi məşqlərdən sonra bunu sən də bacaracaqsan Aşağıdakı məşq bu işdə sənə kömək edəcək: Rahat əyləşib, tam sərbəst vəziyyətdə əllərinə bax. Çalış, hər millimetri hiss edəsən. Çalış, diqqətin əldən yayınmasın (göz qırpmaq olar). Yayınarsa, bir daha diqqətini topla. Heç bir şey haqda fikirləşməməlisən. Fikirlərdən tam azad olub diqqətini idarə etməyi öyrənəndən sonra, özünü çox rahat və sərbəst hiss edəcəksən. Məşqləri 57-saniyədən başlayıb, 10 dəqiqəyə qədər çatdırmaq lazımdır. Bununla belə, hər dəfə məşqləri yeni tərzdə icra etməyin zəruridir (müxtəlif pozalarda, dəyişik baxış istiqamətlərində, gah divanda, gah masa arxasında və s.). Əgər istədiyin qədər diqqətini əllərinin üzərində saxlaya bilirsənsə, deməli artıq bu dərsi mənimsəmisən. Bir müddətdən sonra bu sənin üçün çox sadə və asan olacaq. Onda daha mürəkkəb məşqlərə keçə bilərsən. Məsələn, müxtəlif əşyaların üzərində diqqətini topla və s. Təmrini 30-50 dəfə təkrarla. 5-7 dəfədən başlayıb, 50-yə çatdır. Hər gün ən azı 2 dəfə 10-15 dəqiqə ərzində məşğul olmaq məsləhətdir. Pifaqorun metodu Hamının məşhur riyaziyyatçı kimi tanıdığı Pifaqor, fenomenal keyfiyyətlərin inkişafına yönəldilmiş məşq sistemini yaratmışdır. Yuli Sezar, İqnati Loyola, Leonardo da Vinçi, Napoleon və bir çox digər məşhur şəxsiyyətlər, uğur qazanmaq və insanlara rəhbərlik etmək üçün Pifaqorun metodlarından istifadə edirdilər. Bu metodlardan bir çoxu itirilib, digərləri anlaşılmaz olduğuna görə praktikada öz istifadəsini tapmayıb, lakin bir metodu təklif edib, onun sənin üçün yararlı olacağına əminik. Hər gün (səhər və axşam) beynində gün ərzində baş verən hadisələri canlandır, ən xırda detalları belə yadına sal. Həmin gün etdiyin bütün işləri dəyərləndir, özünə sual ver: "Mən bu gün nə etmişəm? Bəlkə, nələrisə deməməliydim, etməməliydim? Hansı hərəkətləri təqdirədayiqdir, hansıları isə - yox? Nəyə sevinməliyəm? və s. Bu məşqi rahatlıqla mənimsəyəndən sonra, yəni gün ərzində baş verənləri asanlıqla yada sala biləndən sonra, özünə daha mürəkkəb tapşırıqlar ver: dünən, sırağa gün baş verənləri xatırlamağa çalış və s. Hər gün mütəmadi olaraq məşq etsən, nəticələri qısa zamanda görəcəksən (bu, təcrübədə yoxlanılıb), Çoxları sənin hafizənə qibtə edəcək. Həmin metodikadan istifadə edərək, yaddaşını hər zaman "açıq və hazır" vəziyyətdə saxlaya biləcəksən (həmin metoddan hətta xüsusi orqanların əməkdaşlarının hazırlığında istifadə edilir). Məşqlər vasitəsilə asanlıqla həyatının ən müxtəlif dövrlərində baş verən hadisələri, eləcə də lazımi materialları - irihəcmli mətnləri, poemaları, rəqəmləri və s. yadda saxlaya biləcəksən. "Təkrar biliyin anasıdır" Təkrar, informasiyanın keyfiyyətli şəkildə yadda saxlanılması üçün çox mühüm rol oynayır. Əksər hallarda informasiyanı mütəşəkkil şəkildə təkrarlamaq əvəzinə, şagirdlər və tələbələr mexaniki təkrarlamaya yol verir. Bu isə materialın yadda saxlanılmasına əkstəsir göstərir. Əgər təkrarlama prosesi düzgün qurularsa, oxunan material 4-5 dəfədən sonra hafizənin xüsusi "şöbəsində" həkk olunur - həmin "şöbədə" istənilən vaxt avtomatik bərpa edilə bilən bütün məlumatlar saxlanılır (ünvanın, yaxınlarının telefon nömrəsi və s.). İnformasiyanı birinci dəfə oxuduqdan sonra 10-15 dəqiqəlik fasilə etmək məsləhətdir. Həmin vaxtda beyin bir qədər dincəlməli və aldığı informasiyanı yerbəyer etməlidir. Sonrakı təkrarlamaları mütəmadi artan intervallarla etmək lazımdır. Məsələn, ikincini - 1-2 gündən sonra, üçüncünü - 1 həftədən sonra, dördüncünü - 1 aydan sonra, beşincini isə - 4 aydan sonra.







MODUL 2



 Auditoriya ilə işləmək Qaydaları



Bu modul əsasən 2 hissəyə bölünür



1. Vəziyyətdən asılı olaraq, Danışığın korrektə olunması



Danışarkən bir gözünüz auditoriyada olan insanlarda olsun. Elə ki onların yorulduğunu hiss etdiniz , o zaman danışdığınız mühazirəni korrektə edərək.Onların bir qədər yorğunluqlarını çıxarmaqları üçün kiçik bir hekayyə,lətifə və yaxud bir həzin musiqi parçası qoşaraq onlara bu istirahəti təşkil edin. Bu onlara qısa vir vaxt çərçivəsində də olsa əsl istirahət bəxş edəcək. Bir şeyə xüsusi diqqət yetirmək lazımdır. Danışılan lətifələr.kiçik hekayyələr və yaxud hər hansı bir maraqlı hadisələr əsasən mövzu ilə bağlı olmalıdır. Bu əgər belə olarsa o zaman auditoriyada sizə qarşı ciddi bir təlimçi münasibəti formalaşacaq.



2. Auditoriya ilə qarşılıqlı strategiya və taktikanın qurulması

o Motivasiya mərhələsində auditoriyanı dərsin mövzusunun müəyyənləşdirilməsinə cəlb edin.

o Dərsə auditoriyanın məntiqi, tənqidi, yaradıcı təfəkkürü və elmi-tədqiqat vərdişlərini inkişaf etdirən tapşırıqları daxil edin.

o Qapalı suallardansa, açıq suallardan daha çox istifadə edin. Qapalı suallar – «Siz bunu bilirsinizmi?» «Nə?», «Harada?», «Nə vaxt?». Bu cur suallara yalnız bir konkret cavab almaq olar: «Hə» və ya «Yox». Açıq suallar bir yox, bir neçə mümkün cavabı nəzərdə tutur. Çalışın sualları «Nə üçün?», «Nəyə görə?», «Hansı yolla?», «Necə?» və s. sözlərlə başlayın. Açıq sualların nümunəsi: «…haqqında nə bilirsiniz?», «Nə üçün bu haqda daha çox bilmək istərdiniz?», «Bu necə baş verir?» İştirakçılar tərəfindən ifadə olunan fikirləri anlamağa çalışın və öyrəndiyiniz, oxuduğunuz, yaratdığınız fikirləri zorla qəbul etdirməyin.

o Fasilitasiya zamanı konkret misallardan, müqayisə və tutuşdurma üsulundan, analogiyalardan istifadə edin, konkret yönü və məqsədi olmayan sualları az verin.

o Mənaca yaxın olan yönəldici suallardan istifadə edin, lakin bilavasitə yönəldici suallardan istifadə etməyin. Həmçinin, əvvəlcədən şübhəli fikirdən ibarət olan çaşdırıcı suallardan istifadə edə bilərsiniz. Bu suallar şagirdləri sizin fikirlərinizi təkzib etməyə təhrik edəcək və onu lazım olan istiqamətə yönəldəcək.

o İştirakçının deyə biləcəyi sözü və ya fikri onun əvəzinə ifadə etməyin. Mətndə əsas fikri müəyyən etmək və onu öz sözləri ilə ifadə, ümumiləşdirmə, öz fikrini ifadə və yenidən ifadə etmə bacarığı üzərində işləyin.

o Şagirdləri öz fikirlərini daha dəqiq ifadə etməyə təhrik edin və onlara köməklik göstərin. Bunun üçün sərf etdiyiniz vaxta təəssüflənməyin! Bu prosesi nümayiş etdirin və şagirdlərin diqqətini buna cəlb edin!

o Auditoriyanın əvəzinə onların məhsulunu izah etməyin, hər bir iştirakçıya digər şagirdlərin işinə öz fikir və münasibətlərini ifadə etməyə imkan yaradın.

o Auditoriyanın cavablarını formal (“quş qoymaq” üçün) dinləməkdən çəkinin. Onların başlıca fikirləri xülasə edilməli və bütün uşaqların nəzərinə çatdırılmalıdır.

o Fasilitasiya prosesində uşaqların cavablarını dəqiqləşdirin və şərh edin (qiymətləndirmədən, məzmuna əsasən), problemli situasiyalarda uşaqları bu

o sualların həlli işinə cəlb edin.

Təlimçi Auditoriya Qarşısında Çıxış Edərkən Bu Tövsiyələrə Əməl Etməlidir:



o Təlimçi özündə olan ritorik bacarıqların hamısını təlim zamanı birdəffəlik istifadə etməməlidir.



o Emosiyanallıqdan uzaq olmalıdır



o Təlimçi elə bir təlim keçməlidir ki, təlimdə iştirak edən iştirakçılar özlərinə sehirbazın şousundakı kimi özünü sehirli bir aləmdə hiss etməlidir.



o Auditoriyaya hiss etdirmək lazımdır ki, onların diqqəti təlimçi üçün olduqca vacibdir.

o Beyin Həmləsindən istifadə etməlidi.



BEYİN HƏMLƏSİNDƏN ( Breyn Strominq) NECƏ İSTİFADƏ ETMƏLİDİR?



o İdeyyalar söylənirkən tənqidə yol verilməməlidir. İlk baxışdan azqiymətli görünən iddeya digər böyük ideyyalar üçün tramplin ola bilər.



o Heç bir ideyya həddindən artıq “ çığıran” və ekstravaqant ola bilməz. Əlbətdə yaxşı olar ki, heç olmzsa müəyyən qədər mövzu ilə bağlı olsun. Bununla belə bir yaxşı ideyyanı ortaya gətirmək üçün çoxlu miqdarda zəif ideyyalar axarından keçmək lazımdır.



o Beyin həmləsinin yaxşı alınması üçün ideyyalarla mübadilə etmək, onları quruplaşdırmaq və yenidən qurmaq vacibdi



MODUL 3



 Danışıq Texnikası. Təmiz səs



Bu modul əsasən 2 hissəyə bölünür



1. Danışarkən nəfəsin düzgün tənzimlənməsi

2. Diksiya

Danışarkən nəfəsin düzgün tənzimlənməsi



Təlimçi bir şeyi aydın şəkildə dərk etməlidir. Danışarkən, nəfəs aldığı zaman həyacanlanmalıdır.Öz nəfəsini aramla almalıdır. Təlimə başlamamışdan əvvəl yaxşı olar ki, dərindən üç dəfə nəfəs alsın. Danışdığı zaman nəfəsi əsasən burunla alsın. Ağızla nəfəs aldığı zaman, onun tələffüzündə heç bir problem yaranmır. Avropada Ritorika sahəsində tanınmış rus alimi N.A.Mixayliçenko özünün “ Geniş Auditoriya Qarşısında Prafesional Çıxış Etməyin Sirləri” kitabında belə yazırdı: “ İlk dəfə auditoriya qarşısında çıxış edərkən, içəri girməmişdən əvvəl burunumla dərindən bir neçə dəfə nəfəs alaraq, daha sonra mən bunu bacararam dedim. Bundan sonra auditoriyaya daxil olaraq, mən sərbəst surətdə “ Yaxşı Ünsiyyət Qurmağın Formaları” mövzusunda olan mühazirəmə başladım. Mühazirə zamanı mən əsasən nəfəsimi burunumla alırdım ki, aldığım hava axını sürətlə insanın boğazına daxil olur.Bu da insan üçün təlim keçdiyi zaman danışarkən arzuolunmaz problemlər yarada bilər.



Diksiya, Səs Diapazonu, İntionasiya Tembr.Səsin gücü.



Təlimçinin tələffüzü olduqca aydın olmalıdır. Yad kəlmələrdən istifadə etməməlidir. Danışarkən , onun hər bir kəlmələri auditoriya tərəfindən aydın,səlis eşidilməlidir. Bir çox təlimçilər bəzi hallarda ləhcə ilə danışırlar. Onlar buna öz yerlərində elə də əhəmiyyət vermirlər.Lakin onlar bir şeyi dərk etməlidilər. Yaxşı təlimçidə tələffüzdə heç bir problem olmamalıdır. Təlimçi təkcə bir auditoriya üçün hazır olmalı deyil. Nəzərə almalıdır ki, onun keçdiyi auditoriya sabah başqa bir auditoriya ola bilər. Təlimçi təlim zamanı auditoriyaya nəzər salaraq, səs diapazonunun artırıb azalda bilər. Əgər auditoriyadakı insanlar olduqca yüksək tonla danışırlarsa , o zaman səndə səs tonuvu bir qədər yuxarı qaldırmalısan. Danışarkən, tələffüz etdiyiniz sözləri intonasiya ilə demək lazımdır. İntonasiya ilə sözləri tələffüz etdiyiniz zaman, auditoriyada sizə qulaq asan insanların sayı çoxalacaq və sizi gözəl bir natiq kimi qəbul edəcəklər. Ola bilsin ki siz bir qədər ləhcə ilə danışırsınız və bundan qurtularaq, gözəl natiq olmaq istəyirsiniz . Bu çox asandır. Hər şey sizdən asılıdır. Əlivizə istənilən bir bədii ədəbiyyat alaraq, güzgünün qabağında duraraq, onu ucadan oxumağa başlayırsınız. Bunu hər gün davam etdirərərək, görəcəksiniz ki, artıq sizin tələffüsünüzdə heç bir problem yoxdur.







MODUL 4



 Danışıq Kompazisiyası . İmprovizasiya



Bu hissədə əsas məsələ təlimçi tərəfindən təlimə hazırlaşarkən , təlimin əvvəlindən, sonunadək təlimin senarisini qurur. Vadim Şlyaxter adına Beynəlxalq Təlim Mərkəzinin hazırladığı “ Ritorika. Effektiv çıxışlarının Əsasları” kitabında bu hissə ilə bağlı maraqlı bir yazı var: “ Təlimçi təlimin əvvəlindən sonuna kimi maraqlı bir kompazisiya qurur.Bu kompazisiya bir növ rejisorun və senaristin birgə hazırladığı uğurlu oskar filminə oxşayır. Yaxşı təlimçinin hazırladığı və keçdiyi təlimdə əvvəldən axıra kimi zəncirvari kimyəvi reaksiya formasında davam etməlidir. Təlimçinin keçdiyi təlimdə əgər bir şey əksisk olrsa o zaman kompazisiya alına bilməz. Bu kompazisiya belə olmalıdır















Təlim mexanizmləri – Ümumi

Seminar aparıcıları hər seminar zamanı bir sıra təlim mexanizmlərindən istifadə etməlidirlər:



o Buzqıran



o Qısa nitq



o Mənbə materiallarına istinadlar



o Suallar



o Ümümqrup müzakirə



o Kiçik qruplarda problem həll etmə



o Rollu oyunlar və simulyasiyalar



o Fəallaşdırma



o Proyektor slaydlardan istifadə



o Audio-vizual materiallarından istifadə



o Yekunlaşdırmaçqiymatləndirici mərhələ





Mövzuya istiqamətlənmə, Məqsədyönlülük, Monitorinq



Hər bir seminar zamanı mövzudan yayınmamaq məqsədilə seminar aparıcıları bir sıra mexanizmlərdən istifadə etməlidirlər.

Özünüzə sual veri



o Təlimin tapşırıqları aydındırmı?



o Təlim məsələləri mənim məqsədlərimi əks etdirirmi?



o Təlim vəsaitləri müvafiq bə müxtəlifdirmi?



o Bütün fiziki incəlilər nəzərə alınıbmı?



Başladıqda:



o Açılışma və buzqırana ehtiyac varmı?



o Nələrin gözləndiyinə dair aydın təlimat vermişəmmi,hansı təlim nəticələri

əldə olunmalıdır?



Mövzudan yayınmamaq:



o Seminar boyu fiziki hərəkat elementlərini nəzərə almışanmı



o Seminarın ne vaxt yekunlaşdırmalı olduğunu bilirəmmi?





o İştirakçıları həvəsləndirirəmmi?





o Tövhələrinə görə iştirakçılara təşəkkür etmişəmmi?

İştirakçılarla əlaqə saxlamaq:



o Bədən dilinu yaxından müşahidə edirəmmi?



o Hər kəslə fərdi əlaqə saxlamışammı?





o İştirak / qarşılıqlı əlaqə göstəricisi kifayət qədərdimi?





o Fəallaşdırıcıya ehtiyac varmı?





o Qavrayışı müvafiq şəkildə təmin etmək üçün kifayət qədər sual vermişəmmi?



o Yorğunluq / müqavimət varmı?



o Cavab reaksiya gözləyirəmmi?



o Təlim üzrə məsuliyyət bölgüsünü nümaiş etdirmişəmmi?



o İştirakçılara hörmət və taktika ilə yanaşırammı?



o Materialı tam mənimsəməli və fəal şəkildə iştirak etmələri üçün iştirakçılara?kifayət qədər vaxt ayırırammı



o Atılan addım düzgündürmü?





Məsələlərin yekunlaşdırılması:



o Mövzunu yekunlaşdırıb bütün suallara cavab verdimmi,narahatlıq doğuran məsəslələri nəzərdən kecirdimmi?





o Materialın nə dərəcədə davranıldığını yoxladımmı?





o Seminarın yekunlaşdırıldığını onlara çatdıra bildimmi?



o Nəisə davam etdirməyə ehtiyac varmı



o Seminar başa çatdıqdan sonra mən otağı tərk edəcək son şəxsəmmi



o Hazırlıqlı ol – ev tapşırığını yerinə yetir – Təlim keçəcəyin mövzuya dair materialları oxu ,surətlərin tam və səliqəli olub-olmadığını yoxla.Mənbə və təlim vəsaitləri topla



o İnsan ol-qrupla qarşılıqlı anlaşma ortamı yarat.İştirakçılarla açıq və səmimi ünsiyyət saxla yumordan istifadə et



o Səmimi ol-yorulduğun təqdirdə,bunu iştirakçılara deyə bilərsən,nəisə bilmədikdə və ya nəsə aydın olmadıqda bunu içtirakçılara bildir.Öz zəif cəhətlərini etiraf et.Sənə etibar edilməsi həll edici rol daşıyır.



o Diqqətli ol-iştirakçıları tanı,onları müşahidə et və onlarla söhbət et,onların ehtiyacına həssaslıqla yanaş



o Uyğunlaş-inadkarlıq etməməyə çalış.Hətta dünyada ən yaxşı hazırlıqla belə,hər bir təlim kursunda səciyyəvi şəraitlər ortaya çıxacaqdırşGözlənilməz hadosələrin planlaşdırılması cox vacibdirş



o Realist ol-Gözlənilməz hadisələr üzrə planlar hazırlaşEhtiyac olduqda,tez-tez saata istinad et,tempi dəyiş,fərqli məsələlərdən istifadə et və s



o Hərtərəfli ol-nail olmağa hazırlaşdığın söylədiyin işi tamamla söz verdiyin təqdirdə prospektlərin və qrup tərəfindən hazırlanmış işlərin surətlərini



o Təmin etməyi unutma.Praktik əhəmiyyət kəsb etdikdə,cavab reaksiyalarını və qiymətləndirilmələrini əsaslı şəkildə nəzərdən keçir.





o Enerjili ol-jestlərdən mimikalardan və bədən dilindən təbii istifadə et.Zarafatlar və düzgün templi məşğələlər vasitəsilə iştirakçıların enerjisindən istifadə etməyə çalış.



o Təlimin məntiqi strukturunu qoruyub saxlamaq, auditoriyaya kəşf sevincini duymağa imkan vermək, habelə axıra qədər tədqiq edilməmiş və ya bundan sonra baxılmağa ehtiyacı olan məsələləri aşkara çıxarmaq üçün son dərəcə zəruridir.



Ümumiləşdirmə mərhələsində səhvlər

Səhv 1. Təlimçi problem qoyur və özü də onu həll edir və ya auditoriyanın əvəzinə özü nəticə çıxarır.

Mövcud halda fəal təlimin başlıca mexanizmlərindən biri pozulur: Təlimçi auditoriyanın müstəqil şəkildə həqiqəti kəşf etmək və tədqiqatçı olmaq imkanı və sevincindən məhrum edir.

Səhv 2 Təlimçi auditoriyanın təlimin axırında çıxardıqları nəticələri və etdikləri ümumiləşdirmələrlə ilkin fərziyyələr və tədqiqat sualı arasında əlaqə yaratmağa çalışmır.



MODUL 5



 Mübahisə. Arqument və Manupuliyasiya



Təlimdə çalışıb iştirakçı ilə mübahisəli şərait yaratmaq lazım deyil. Mübahisəni təlimçi sağlam mübahisə formasına çevirə bilər. Bu formada olan mübahisəni təlimçi maraqlı bir müzakirəyə çevirə bilər. Təbii ki, hər bir auditoriyada müxtəlif fikirli insanlar iştirak edirlər və onların irəli sürülən problemlərin həlli üçün öz fikirlərini sübut etməyə şalışacaqlar. Bu zaman bacarıqli təliçinin peşəkarlığı ondan görsənə bilər ki, təlimçi bu mübahisəli şəraiti həll etmək üçün, İrəli atılan problemi həll etmək üçün , təbii 2 fikir yaranacaq. Belə bir proses alındığı zaman Təlimçi auditoriyanı 2 hissəyə yəni Təsdiq və İnkar qruplarına ayıraraq, onlara öz fikirlərini çatdırmaları üçün onlara qaydaları izah edir. Daha sonra onlara yarışın şərtləri izah olunur. Bu zaman təlimçi bu müzakirəni bir növ maraqlı bir debat formasında keçirə bilər. Bu zaman iştirakçılarda belə bir sual yarana bilər Debat nədir? Və biz bu debatı necə oynamalıyıq? Bu zaman siz təlimçi iştirakçılara qısaca olaraq Debat və onun oyun qaydaları haqqında məlumat verməlisiniz.



• DEBAT TƏLİMİN BİR FORMASI KİMİ



“Ola bilər ki, mən səhf edirəm, ola bilər sən haqlısan. Lakin biz yalnız bir yerdə həqiqətə gələ bilərik”- Karl Popper



Müxtəlif sahələrdə : məişət, biznes, siyasət,təhsil yaxud elm sahəsində,- işləyən adamlar qərarın qəbul edilməsində və əsaslandırılmasında debat texnalogiyalarından istifadə edirlər. Sübhə ola bilməz ki, siz özünüz hiss etmədən hər gün debatla məşğul olursunuz.

Debat , bir təhsil proqramı kimi sizə bir çox şəxsi keyfiyyətlərinizin inkşafına səmərəli kömək edə bilər. Bu mübahisə formasına yiyələnən insanlar dərkedici düşünməyi, problemi ən azı iki tərəfdən – “ Ayın iki tərəfi” üsulu əsasında –tədqiq etməyi və üçüncü tərəfi inandırmaq, qərar qəbul etmək bacarığını öyrənirlər.

Debat həm intelektual əyləncə, həm də təhsil proqramı olmaqla yanaşı yeni dostlar, yeni ünsiyyətlər, geniş əlaqələr deməkdir.

Debat –yeni həyat tərzidir!



Debat nədir? Yuxarıda mən sözümü qeyri- formal , yəni gündəlik həyatımızda olan debatdan başladım. Bu mövzunun məqsədi sizi debatla bir təhsil proqramı və həmdə oyun kimi tanış etməkdir.



Formal debatda üçüncü tərəf hakim rolunda çıxış edir və iki mövqedən hansının inandırıcı olduğu, qalib gəldiyi haqda qərar çıxardır. Hər iki komanda arqumentlərin köməyi ilə öz mövqelərini müdafiyə edir, rəqibin arqumentlərini



isə təkzib edir. Debatın tarixinə nəzər salsaq görərik ki, bu əslində bir natiqlik sənətidir. Bu da natiqlik elmi kimi ilk dəfə Yunanıstanda meydana gəlib. Afinada

bunu əsasən məktəblərdə şagirdlərə öyrədirdilər ki, onlar problemin həlli yolu üçün , onları müxtəlif nöqteyi- nəzərdən təhlil edərək, müzakirə etmək bacarıqlarına yiyələnnirdilər.

Orta əsrlərdə Avropada, xüsusiilə, İngiltərədə, Oliver Kromvel dövründə, siyasi sistemdə natiqlik sənəti və debat mədəniyyəti özünə məxsus yeri tuturdu.

Debat ABŞ- tarixində 1960-ci ildə prezident seçkilərində Con Kennedi və Riçard Nikson arasında televiziya debatı yenidən debata diqqəti artırdı və artıq debat öz sabit yerini təhsil sistemində tutdu.



Debatın 4 prinsipi var:



1. Hər şeyi öyrənmək

2. Düzgünlük

3. Aydınlıq

4. Hörmət



Arqument Yaratmaq üçün:



1. Tələb İRƏLİ SÜRÜLÜR

2. Tələb İZAH OLUNUR

3. Tələb SÜBUT OLUNUR

4. NƏTİCƏ çıxarılır.



Arqumentin quruluşu:



1. Mövzu: Atom enerjisindən əsas istilik daşıycısı kimi istifadə etmək özünü doğrultmur.

2. Meyar: Atom enerjisi təhlükəlidir.

3. Tərəf: Təsdiqedici

4. İzah: AES tez-tez qəzalar baş verirƏsaslandırma: 1990-cı il 14 iyunda 43 ABŞ AES-nın hər birində qəza baş verib. Bu qəzaların





kiçik olmasına baxmayaraq, əsl fəlakət üçün potensial təhlükə həmişə mövcuddur.

5. Nəticə: Beləliklə göründüyü kimi fəlakət üçün potensial təhlükə mövcuddur və buda AES istilik daşıycısı kimi istifadəni çox təhlükəli hesab edi



Müqavimət və kəskin münasibətlə necə rəftar etməli?



o Vacibdir ki, insanlar öz fikir və hisslərini sərbəst ifadə edə bilsinlər, lakin səmimilik ab-havasının yaradılması ilə bəzi insanlar tərəfindən qərəzli fikirlərin söylənilməsiarasında incə bir xətt mövcuddur. Aktiv qrupda bu növ fikirləri digər iştirakçılar dəf edə bilərlər.

o Bir təlimatçı kimi, siz gərək özünüz iştirakçıların bu və ya digər mülahizələrinidəstəkləmək, qarşısını almaq və ya qulaq ardına vurmaq haqqında qərara gələsiniz.

o Əgər həddən artıq ciddilik göstərsəniz, iştirakçılar qapanar və əsl fikirlərini gizlədərlər,bu şəraitdə isə insanlar pis oxuyurlar. İradlar ümumiləşdirilmiş şəkildə, məsələn, «belə deyirlər ki», «bəziləri hesab edir ki» formasında deyilməli, şəxsi xarakter daşımamalıdır.

o İnsanlar məzəmmətə müxtəlif cür yanaşırlar. Kişilər sorğu-suala və qarşıdurmaya daha meyillidirlər. Məzəmmət edən şəxsin cinsindən və tutduğu mövqedən çox şey asılıdır.

o Kişilərin iradlarına qrup daha dözümlü olur. İstənilən halda təlimatçı tələbkar olmağı və biliklərini göstərməyi bacarmalıdır.

o İKT-nin tədrisə tətbiqi məsələləri ziddiyyətli ola bilər, bu isə adamlarda təəccüb doğura bilər.

o Sizin məqsədiniz bir olmalıdır: elə etməlisiniz ki, iştirakçıların bütün hissləri dəyişikliklərə təkan versin.

o Təlimatçının maneələri dəf etmə nümunəsi iştirakçılara o vaxt lazım gələr ki,onlar özləri misal üçün İKT-nin Tədrisə tətbiqi bilikləri ilə bölüşmək istədikdə eyni halla rastlaşmış olsunlar.



Şəxsi məsələlər



Bəzi iştirakçıların İKT-nin tədrisə necə tətbiq etmək və bəzilərinin isə bu sahədə kifayət qədər təcrübəsi yoxdur. Bu özünü onların kompyuterlə davranışında öz spesfik xüsusiyyətlərini daha aydın şəkildə göstərə bilər.Siz bu zaman iştirakçılaraDövlət başçısı tərəfindən 2008-ci il 10 iyun tarixdə imzalanan “Təhsil Sisteminin İnformasiyalaşdırılması üzrə Dövlət Proqramında əksini tapmış müddəalar haqqında məlumat verərək bu təlimdə müzakirə olunan əsas

İKT-nin tədrisə tətbiqi mövzusunun müzakirəsi zamanı iştirakçılar, bu formada təlimlərin 45 dəqiqəlik dərs prosesinə uyğunlaşmamasını, şagirdlərin kompyuterdən daha çox lazım olmayan mövzuların axtarışı ilə məşğul olmalarını, insan səhətinə olan ziyanı və digər məsələləri də qaldıra bilərlər.Eyni

zamanda siz təlimatçı üçün hazırlanmış qaydaları öyrənin. Əgər qrupda yekdil anlaşma və inam yoxdursa,mübahisəli mövzulardan yapışmayın.







MODUL 6



 Auditoriyada Sərbəst Hərəkət . Uğur və İmic



Təlimçi Auditoriyada təlim keçərkən özünü ilk növbədə tam sərbəst hiss etməlidir. Badim Şlyaxter adına Beynəlxalq Təlim Mərkəzinin apardığı araşdırmalara görə, təlimin müvəffəqiyyətli alınması üçün təlimçinin auditoriyada özünü sərbəst aparmağı 93% təşkil edir. Burada əsəsən ilk növbədə təlimçinin imicidə müsbət rol oynayır. Uğur qazanmağa, uğurlu olmağa qoşulmuş hekayə və rəvayətlər hazırda ən aktual mövzulardandır. Bu haqda kitablar yazılır, konfranslar təşkil edilir, seminarlar veririlir. Amma nədənsə heç cür uğur qazanmaq uğrunda uğurlu ola bilmirik. Bəs nə etməli, nəyə fikir verməliyik .Bu mənada, uğur əldə etmək istəyən birisi ilk növbədə imicinə fikir verməlidir. İmic fərdin və ya bir təşkilatın özünü ictimaiyyətə təqdim etmə formasıdır, onun görünüşüdür. Mal əvəzinə markaların satıldığı, adamların əvəzinə isə adların, soyadların ön planda gəldiyi müasir dünyada uğur qazanmaq uğrunda daha səmərəli çalışmaq lazımdır. Molla Nəsrəddinin xalq arasında məşhur olan “ye, kürküm, ye” məsəlində özünü daha bariz şəkildə əks etdirən imic məsələsi artıq həyati əhəmiyyət kəsb edir. Çünki ilk təəssürat formalaşdırmaq üçün bizə ikinci bir şans verilmir. İmic və cəlbedicilik artıq onların altında yatan bacarığı tamamilə kölgədə qoymuşdur. Amerikan alimi U. Ceymsin də dediyi kimi “xarici görünüş dilsiz təqdim vasitəsidir”. Uğur qazanmaq üçün imic lazımdır, amma əlbəttə ki, çılpaq imic də heç nəyə yaramır: imicimiz fikirlərimizlə, düşüncə tərzimizlə qüvvətləndirilməlidir. Xarici görünüşümüzə görə qarşılansaq da, unutmayaq ki, daxili aləmimizə görə yola salınacağıq. Zahiri görkəmimiz ilə qarşı tərəfdə formalaşdırdığımız müsbət imic şəxsiyyətimizlə ahəng təşkil etdiyi zaman bizi onun gözündə daha da ucaldır və qarşılıqlı səmimi, səmərəli münasibət yaranır. Bu mənada, Mövlananın “ya olduğun kimi görün, ya da göründüyün kimi ol” sözləri bizim həyat devizimizə çevrilməlidir. Əgər uğur qazanmaq istəmirsinizsə və yalnız uğursuzluq uğrunda can qoymaq fikrindəsinzsə, onda bu yolu seçməlisiniz: uğursuzluq açarının kimdə, ya da nədə olduğunu, onu necə ələ keçirə biləcəyinizi öyrənin; əziyyət verib özünüzü tanımağa cəhd etməyin, əlinizdə olan imkanları görməməyə çalışın; həyatda heç bir məqsəd seçməyin və özünüzü, işlərinizi, ümumilikdə həyatınızı əsən küləyin ixtiyarına buraxın, qoy haraya istəyirsə, aparsın sizi; birdən çaşıb strategiya-zad seçmək istəyərsiniz ha – plan, proqram tərtib etməklə vaxt itirməyin; hərəkət etməyin; nəticə özü ayağınıza gəlməyincə işə müdaxilə eləməyin; əldə etdiyiniz nəticələri qiymətləndirməyin; nəhayət, yaşamaq üçün daha rahat bir planet axtarıb tapın! Çünki bu qədər çətin uğursuzluğu əldə etmiş birisi kimi sizə Yerdə layiqli yer tapmaq çox çətindir. Gedin başqa planetlərə, imkanınız varsa, qalaktikanı dəyişin və yenə də imkanınız olsa, “uğursuzluğa aparan uğurlu yollar” adlı seminarlar təşkil edin. Daimi, əbədi uğursuzluq varmı bu dünyada? Xeyr. Çünki hər bir insanın

həyatında əzab-əziyyətdən sonra dincəlmə və daha sonra növbəti bir əzab-əziyyət mərhələsi vardır. Ümumiyyətlə, insanın həyat yolu yalnız uğur və ya uğursuzluq xətti üzrə gedə bilməz. V. Lombardini: “Yerə yıxılıb-yıxılmamağın əhəmiyyətli deyil, əsas olan yenidən ayağa qalxıb-qalxmayacağındır”, – deyir. Üzərimizə düşən vəzifə nəticəyə elə də çox fikir vermədən lazım olan işləri həyata keçirməkdir. Nəticə tam olaraq əvvəlcədən müəyyənləşdirilə bilinmədiyi üçün gözləmədiyimiz bir sonuc bizi ümidsizliyə sala bilər. Ona görə də insan əsasən nəticəyə yox, işin özünə fikir verməlidir. Çox keşməkeşli bir həyat yolu olan Uinston Çörçill uğura belə bir tərif verir: “Hədəfinizə doğru irəliləyərkən bir uğursuzluqdan qurtulub, növbəti uğursuzluğa düçar olmağa uğur deyilir”. Belə bir uğurlu tərifdən sonra bu mövzuda artıq nəsə yazmağın uğursuz olacağını fikirləşdiyim üçün yazını elə buradaca kəsirəm. Təlimçinin öz imicini təsdqi etməsi və təbliğ etdiyi mövzunun dah geniş kütləyə çatdırması üçün ona bu missiyanı həyata keçirməsi üçün KİV böyük köməyi var. Kütləvi informasiya vasitələrinin cəmiyyətdə rolu və xüsusən də televiziyanın aparıcı mövqeyi ictimai proseslərin içində olmaqla təkcə informasiyanı və siyasi maarifləndirməni həyata keçirməsini deyil, həmçinin də ölkənin ictimai-siyasi həyatında böyük yer tutan və demokratik cəmiyyəitlərin ayrılmaz tərkib hissəsini təşkil edən seçkilərdə olduqca mühüm təbliğatçı rolunu oynamasına imkan verir. Televiziyanın istifadəçi tərəfindən daha tez əldə olunması şərti və onun vizuallığı, həmçinin çap mətbuatından fərqli olaraq yüksək operativliyi tamaşaçının seçim etməsi və yekun qərarın verilməsində təsiredici element kimi seçkilərdə daha effektiv rol oynamasına imkan verir. Ekran qarşısında oturan tamaşaçı təlimçinin nitqini dinləməklə bərabər onun görünürşünü, özünü aparmaq qaydalarını izləyir və onun haqqında özündə müəyyən təsəvvürü biçimləndirir. Əgər radio çıxışda Təlimçi özünün rəvan və qətiyyətli nitqi ilə dinləyicini riqqətə gətirə bilirsə, televizorda bunu etmək daha çətindir. Burada mimika, jestikulyasiya, artikuliyasiya və bir sıra digər şərtlər önə çıxır. İndiki demokratik cəmiyyətdə də natiqdən eyni vaxtda bütün əhaliyə üz tutub danışması tələb olunur. Televiziyasız və radiosuz bunu etmək sadəcə mümkün deyil. Vətəndaşların isə təliçi ilə ünsiyyəti Qədim Yunanıstanda olduğu kimi mümkün olmasa da, «interaktiv sorğular», «azad mikrofonlar» və «studiya zəngləri» bu canlı ünsiyyəti əvəz edir. Çağdaş həyatda televiziya həm də siyasətçinin obrazını yaradaraq onu tamaşaçıya «istədiyi» kimi təqdim edir. Təlimçiin oxunuş yorğunluğu gətirən kifayət qədər rəsmi yazılan və cansıxıcı platformasını divarlarda asmaqla dinləyicilərin ona səs verməsinə nail olmaq olmaz. Hər bir tamaşaçı dinləmək istədiyi adamı tanımaq istəyir: ailədə, iş başında, xalqla ünsiyyətdə və s. Məhz bu cür yerlərdə davranış, qətiyyətli nitq tamaşaçıda müsbət reaksiya yarada bilər. Ona görə də televiziyanın cəmiyyətdə rolunun artması ilə siyəsətçilərin kameraya oynamaq vərdişi də onların fəaliyyətinin ayrılmaz tərkib hissəsi oldu. Müxtəlif ölkələrin təcrübəsi televiziya çıxışlarının həlledici olmasını və yekun qələbəyə böyük təsir göstərdiyini sübut edir. «Lakin Təlimçi daha çox studiyada deyil, verilişin mətbuatda və qruplar arasında müzakirsində qazanır» (bax.KuzneüovQ. TV-jurnalistika: kriterii professionalizma.). Deməli təkcə verilişdə çıxış etmək azdır, təlimçinin piyarişlərini aparan insan həm öncə, həm də sonra teleçıxışın müzakirəsini təşkil etməlidir. Bunun üçün teleçıxışın maarifçi və ictimai əhəmiyyətini artıra biləcək hazırlıq aparmalı və müxtəlif qəzet səhifələrində təlimçinin İKT-nın tədrisə tətbiqi ilə bağlı mühüm fikirlər açıqlayacağı təbliğ olunmalı və digər kütləvi metodlardan ustalıqla istifadə edilməlidir. Demokratik cəmiyyət iki qarşıduran qrupdan və bir də bunların təsiri ilə seçim edən üçüncüdən ibarətdir. Təlimçinin televiziya qarşısında çıxışetməzdən əvvəl onun məqsədi məhz özünə yenitərəfdaş toplamaq deyil, məhz həmin üçüncünün rəğbətini qazanmaqdır. Kütləvi mədəniyyətin istehlakçısı olan bu qrup insanlar adətən çoxluğu təşkil etməklə, cəmiyyətin nizamlayıcısı rolunu oynayırlar. Qərb ölkələrində siyasi mübarizə zamanı daha çox ideyalarla deyil, görünüş, davranma yolu ilə tamaşaçıları cəlb edirlər. Tamaşaçılar Təlimçiin fikirlərindən daha çox geyimini, əl hərəkətlərini müzakirə edirlər. Qalstukun rəngi və onun bağlanma tərzi belə səsvermənin nəticələrinə təsir edir. Bunu təlimçi diqqətə saxlamalıdır. O zaman təlimçi bu maraqdan məharətlə istifadə etməli və ekran qarşısında müəyyən müsbət obrazın yaranması üçün çalışmalıdır. Təlimçi əslində bir liderdir. O, eyni zamanda hamıdan fərqlənməli və hamıya bənzər olmalıdır. Hamıdan fərqlənmək üçün ilkin əlamət güclü, iradəli görünməkdir. Baltasar Qrasianın təbirincə deyilsə «hökmdarın comərd olması vacib deyil, əsas odur ki. bu cür görünsün» Yəni siyasətçi iradəli və kəskin obraz yaratmağı bacarmalıdır. Təlimçinin həm tamaşaçıların həmdə təlim keçdiyi auditoriyanın rəğbətini qazandıran amilllərdən biri də onun inkişaf etmiş intellektidir. Bütün sahələrdən məlumatlı olması və ağıllı görünməsi mühümdür. Təlimçini fərqləndirən digər mühüm əlamət onun vicdandı, mənəviyyatlı olmasıdır.

Amerikalı professor Qoldhaber siyasətçinin tele obrazının üç tipini müəyyən edir və onları qruplaşdırır. Birinci qrupa –qəhrəman, cəsarətli obrazı, ikinci qrupa- sadə adam, bizdən biri obrazı, üçüncü qrupa-mistik, hərəkətlərini öncədən proqnozlaşdırmaq mümkün olmayan obraz. Lakin hansı qrupa aidiyyatına baxmayaraq professor Qoldhaber siyasi liderin ekran qarşısında 5 başlıca keyfiyətinin görünməsini vacib sanır

Professorun fikrincə birincisi zahiri görkəm, Təlimçiin nə qədər cazibəli olmasıdır. Psixoloqların apardığı tədqiqatdan bəlli olur ki, insanda qarşı tərəf haqqında ilk təssürat zahiri görkəmlə biçimlənir. Bir çox halda zahirən cazibəli adam haqqında olduqca müsbət rəy formalaşır. Digər tərəfdən cazibəli və ya sadəcə görkəmi gözəgəlimli olan şoxs insanda- tamaşaçıda müsbət emosiyanı artırır Buradan belə bir nəticə çıxır ki, ekran qarşısında duran siyasətçi operatorlandan və rejissorlardan onun görkəm qüsurlarını ortadan götürəcək rakursların seçilməsini tələb etməli və bir sıra mənfi emosiya yaradan cəhətləri (soyuqluq, yorğunluq və s) aradan götürməlidir.

Amerika professorunun fikrincə ikinci cəhət seksuallıqdır. Birinci cəhətin davamı olan seksuallıq daha çox kişinin kişiliyini, qadının isə incəliyini əks etdirməlidir. Sözsüz ki, bu obrazın yaranmasında işıq, qrim və bir də kameranın rakurs seçimi əhəmiyyətlidir. Məhz düzgün qurulmuş işıqla üzdə olan problemləri gizlətmək və çəkiliş zamanı obyektiv qarşısınıda yaran sonrakı qüsurları aradan götürmək olar. Həmçinin rakurs seçərkən yuxarıdakı iki cəhətə nail olmaq üçün kameranı mümkün qədər uzaqda quraraq eninə yox uzununa olan obyektivi seçməli və uzaq məsafədən «yaxınagetmə» kadrdan istifadə etmək lazımdır. Yaxın məsafədən kameranın «yaxınagetməsi» sifəti eybəcər hala sala bilər. Ən yaxşı məsafə adətən 10 metrdən uzaq olan məsafə hesab edilir. Buna əməl etməklə Təlimçiin yuxarıda olan cəhətlərə cavab verməyən nöqsanlarını gizlətmək olar.

Üçüncü cəhət professor Qoldhaberin fikrincə Təlimçiin auditoriya ilə, tamaşaçı ilə fikir, məqsəd yaxınlığıdır. Bu sözsüz ki, cəmiyyətin qəbul etdiyi prinsiplərə sadiqlik və yeniliyi nəsə qeyri-müəyyən sahələrdə tətbiq təklifi deməkdir. Bu zaman Təlimçi tamaşaçının onunla həmfikir olmasını düşünməsi üçün kamera qarşısında qətiyyətlə, nitqini qırmamaqla, sərrast danışmalıdır. İstənilən mızıldama və göz yayınması, «ilişmələr», oynayan baxışlar, əsəbiliyi, inamsızlığı göstərən jestlər və qabarıq mimikalar tamaşçını Təlimçidən, eləcə də onun fikirlərindən uzaqlaşdırar. Canlı yayım vaxtı Təlimçiin nümayəndəsi bu məsələyə xüsusi fikir verməlidir ki, onun lazımsız hərəkətini tamaşaçılar görməsin.

Dördüncü cəhət kimi təqdim olunan hərəkət-qətiyyət, cəsarət və iradə yuxarıda qeyd etdiyimiz keyfiyyətlərdə göstərilib. Ekran qarşısında Təlimçiin inamlı görünməsi vacibdir. Bir çox halda siyasətçilər kamera qarşısında, böyük işıqların altında gərginliyə düşür və nəticədə özlərini itirirlər ki, bu da Təlimçiin cəsarətsiz nitqinə və inamsız hərəkətlərinə rəvac verir. Belə bir imic isə Təlimçi üçün böyük uğursuzluqdur. Əksinə Təlimçi kameraya dinləyici kimi baxmaqla iradəni və cəsarəti əks etdirən jestlərdən daha çox istifadə etməlidir.

Sonuncu, beşinci cəhət özlüyündə yuxarıdakıların məntiqi nəticəsi kimi ustalıq-televiziya ifadə vasitələrindən effektiv istifadəni əks etdirir. Təlimçi hər zaman göz önündə olmağı bacarmalıdır məntiqi ilə baxsaq televiziya bunun üçün ən gözəl vasitədir. Təlimçi eyni bir vaxtda milyonlarla insana müraciət etmək imkanı qazanır. Lakin bu müraciət təkcə sözlərlə kifayətlənməməli eyni zamanda müvafiq görüntü yəni vizual effekt yaratamaqla onu tamamlamalıdır. Ən xırda mimikanı belə göstərmək iqtidarında olan kameranın bu imkanından məharətlə istifadə etməyə bacarmaq və «nur bəxş» etməklə dinləyiciyə təsir etməyi bacarmaq lazımdır. Yalnız bundan sonra teleçıxışın uğurundan danışmaq olar. Sizi tanımayan insanlar, geyiminizə baxıb xasiyyətiniz haqqında qərar verə bilərlər. Mütəxxəsislər bir-biri ilə ilk dəfə qarşılaşan insanların ünsiyyətə girmədən belə duruşları, geyimləri və aksesuarlarıyla qarşısındakı insana özü haqqında bəzi məlumatlat verdiyi üçün geyim-keçim məsələsində bir az həssas olmağı məsləhət görür. Mövzuyla bağlı aparılan araşdırmalara görə, insanların 90 %-i bir-biri ilə ilk dəfə görüşən zaman bir neçə dəqiqə ərzində daha çox xarici görünüşə ,paltarına, saç düzümünə diqqət yetirir. Bu səbəbdən cəmiyyət içərisində hər hansı bir statusa malik olan insanlar geyim-keçim məsələsində də həssas davranmalı və vəzifələrinə uyğun geyimlər seçməlidirlər. Bir iş adamı üçün ani qərarla geyim almaq uğursuzluqla nəticələnə bilər. Ucuz və insana rast gələn hər geyimi almaqdansa , bir neçə keyfiyyətli və zövqlə seçilmiş geyim almaq daha yaxşı nəticə verə bilər. Ütüsüz, əzik və köhnəlmiş geyimi əsla geyinməyin. Geyimlərə qulluq da cavib məsələdi. İş yerində və evdə dəst geyimlər və kostyumlar mütləq asılqandan asılmalıdır. Gecə ciblər boşaldılmalı, açarlar, cib telefonu və bu kimi əşyalar ciblərin yayına yaxınlaşdılırmamalıdır.

Paltarlar mütəmadi olaraq təmizlənməlidir. Yağışlı havalarda çətirdən istifədə etmə lazımdır. Geyimləri üst tərəfdən ütüləməyin. Belə olan halda , geyim parıldayacaq, parıldayan geyimlə də görüşə getmək düzgün olmaz. Alacağınız geyimlərin rəng uyğunluğuna da diqqət edin. İş dünyasında sadə olmaq hər zaman önəmlidir. Sadə amma keyfiyyətli saat , kəmər mütləq diqqət çəkər. Çantanızın təbii qara və qəhvəyi dəridən olmasınə və çox dolu olmamasına fikir verin. Xarici görünüşünə diqqət edən iş adamı üçün saç düzümü çox önəmlidir. Saçlar yaxşı kəsilmiş və səliqəli olmalıdır. Qadınlar isə, səliqəsiz dağınıq saç üslublarından çəkinməlidir. Saçınızı baxımlı etməyə ,əgər uzundursa yığmağa çalışın.



MODUL 8



 Təlim Texnikaları





Təlim kursunun klassik mərhələləri bunlardır.



TANIŞLIQ→ İZAHAT→TƏTBİQ→ÜMÜMİLƏŞDIRMƏ





A: TANIŞLIQ





B: İZAHAT



1. Təlim sesiysının məzmununu izah edin

2. Sizin verdiyiniz informasiyanın dəyərini qeyd edin

3. Təlim zamanı ortaya çıxacaq yeni terminlər,anlayışları izah et

4. Qrupun öz təcrübəsi və biliyi ilə bağlı fikirlərini,təcrübələrini öyrənmək üçün suallar verin.

5. Kiçivə ölçüdə informasiya şəklində yeni materialları təqdim et

6. Təqdimatı müxtəlif formalarda ( şifahi, lövhədə yazmaqla, proyektor və ya praktik nümayişlə) həyata keçirmək.



C: TƏTBİQ



1. İştirakçıyla yeni öyrendikləri materialları praktik çalışmalar, rollu oyunlaı( səhnələşdirmə), müəyyən halların təhlili

2. İştirakçılar müəyyən qrup şəkilində problemləri müzakirə və həll etməyə çalışırlar.

3. Təlimçi müntəzəm olaraq hər bir kəsin informasiyanı başa düşdüyünü və düzgün şəkildə istifadə etdiyini yoxlayır.





D: ÜMUMİLƏŞDİRMƏ



1. Təlimdə verilən informasiyaların hamısı nəzərdən keçirilir və ümumiləşdirilir.

2. Qrup öyrəndiyi məsələlərə öz cavab reyaksiyasını verirmi?

3. Əsas məsələlər,informasiyalar iştirakçıların beynində möhkəmləndirilibmi?

4. Təlim prosesi qiymətləndirilir və qəbul edilir



TƏLİMATÇIYA KÖMƏK ÜÇÜN



Bu qeydlər təlim keçirən təlimatçı üçündür. Əgər sizin böyük təcrübəniz varsa

belə, bu qeydləri məşğələlər başlayana qədər oxuyun, belə ki Vəsaitdə təlimin

planlaşdırılmasına dair xüsusiyyətlər göstərilib. Əgər sizin kifayət qədər təcrübəniz

yoxdursa, qeydlərlə diqqətlə tanış olun və öz ilk seminarınızı daha təcrübəli

həmkarınızla planlaşdırın. Biz bu fəsli üç hissəyə bölmüşük:

- Əsas Suallar,

- Planlaşdırmanın Yeddi Addımı və

- Seminarın keçirilməsi



Təlimin uğurla keçməsinə hazırlıq



Qender təliminin uğuru, bu prosesə təşkilat rəhbərliyinin münasibəti və onların

prioritetləri daxil olmaqla, bir çox xarici faktorlardan asılıdır. Təlim ümumi strategiyanın bir hissəsi olmalı, özündə inkişaf və qender siyasətini həyata keçirməyi, planlaşdırma və layihələrin monitorinqində təcrübə və prosedur işinin

dəyişdirilməsini özündə birləşdirməlidir. Bu heyətin yaxud onların vəzifələrinin

əvəzlənməsini nəzərdə tuta bilər. Təlimin uğuru qabaqcadan iş görüldükdə güman edilə bilər. Poats və Russo müəyyən etmişlər ki, təlim müxtəlif institutların fəaliyyətində perspektivlərin və qender analizinin tətbiqində effektli mexanizm kimi xidmət edə bilər. Onlar təlimin müvəffəq keçirilməsi üçün əsas təşkilati məsələləri müəyyən etmişlər:



1. Təşkilatın bütün bölmələrinə aid təlim keçirilməsinə rəhbərliyin mandatı olmalıdır. Təlim təsisat rəhbərlərini də əhatə etməlidir.



2. Təlim – vaxt tələb edən prosesdir. Daha effektlisi praktiki işlə yanaşı təlim

seriyalarının keçirilməsidir.



3. Təlim təşkilatda hörmətə malik olan ixtisaslı professionallar tərəfindən keçirilməli və himayə olunmalıdır.



4. Təlimə görə təşkilatın işçisi gavabdeh olmalıdır. Təlim keçirmək üçün kənardan məsləhətçilər cəlb oluna bilərlər, lakin onlar təşkilatın nümayəndəsi ilə, lazımi informasiya almaqla, sıx əlaqədə işləməlidirlər.



5. Təlim o zaman effektli olur ki, onu əvvəldən axıra kimi bir komanda, yaxud son olaraq bu komandanın üzvləri tərəfindən keçirilir.



6. Təlimatçıların öyrədilməsi – təşkilatın fəaliyyətinə qender məsələrlərinin

uzunmüddətli inteqrasiyasının vacib elementidir.



7. Təlimin maliyyələndirilməsinə diqqət yetirilməlidir. Təlimatçılar təlimə bütün

bacarıqlarını sərf etməlidirlər. İnzibati məsələlərlə əlavə heyət məşğul olmalı, bu

büdcədə öz əksini tapmalıdır.



8. Bütün təşkilatlar üçün eyni ilə yararlı ola biləcək vahid təlim strategiyası yoxdur.

Strategiya və seminarlar hər bir konkret təşkilatın ehtiyaclarını nəzərə almaqla

planlaşdırılmalıdırlar.



9. Ən nəhayət, qender təlimi proqramı təşkilatda keçirilən digər kurslar tərəfindən

dəstəklənməli, heç olmazsa, ona zidd olmamalıdırlar. Bəzən bunun üçün

kursların proqramlarına yenidən baxmaq, onlara qender bölmələrini əlavə etmək lazım gəlir.





Hazırlığın yeddi addımı:



Vacibdir ki, təlim yaxşı hazırlanmış olsun. Hər bir kurs üçün hazırlıq müddəti lazımdır. Adətən, bir gun məşğələ üçün 3 gündən 8 günədək hazırlıq aparılır. Siz hazırlıq müddətini 1 günə qədər azalda bilərsiniz (əgər eyni komanda digər qrupla analoji təlim keçiribsə), lakin sizə onsuz da vaxt lazım olacaqdır ki, təlim materialını və strukturunu həmin qrupa uyğynlaşdırasınız. Təlimin metodları və məzmunu yalnız tədrisin məqsədlərini və qrupun təlabatlarını müəyyən edildikdən sonra seçilirlər. Bütün aspektlərin nəzərə alındığına inanmağın yeganə üsulu – bunu planlaşdırmanın yeddi addımı ilə tutuşdurmaqdır:



Nə üçün? Kim? Nə vaxt? Harada? Nədən ötrü? Nə? Necə?



Bu addımları aşağıdakı ardıcıllıqla, bəzilərini isə birlikdə, nəzərdən keçirmək olar.



1. Nə üçün?: məram və məqsədlər



Məramlar aydın və dəqiq olmalıdırlar (məsələn, qender şüurunun artırılması,

qadınların həyat səviyyəsinin yaxşılaşdırılması). Məqsədlər müəyyən, yerinə yetirilən və konkret vaxt çərçivəli olmalıdırlar (məşğələnin sonuna kimi bütün heyət Mozer metodundan istifadə etməklə layihəni təhlil etməyi bacarmalıdır; qadınların idarəetmədə iştirak etməyə hazır olma səviyyəsi minimum 10% artmalıdır). Məram və məqsədlər real olmalı və nəzərə almalıdırlar ki, təlim vasitəsilə nəyə nail olmaq olar və nəticələr əldə etmək üçün daha hansı əlavə tədbirlərdən istifadə edilməlidir.Məqsədləri təyin etmək tələbatların təhlili vasitəsilə mümkündür (bax 5-ci bəndə). Bu mərhələdə təkamül haqqında düşünmək gərəkdir, çünki təlimin nəticələrinə onun məram və məqsədlərinə uyğun qiymət verilməlidir.



2. Kim?

A. Qrup



Bu 1. Məram və məqsədlər və 5. Təlabatların təhlili ilə birlikdə baxılmalıdır. Təlimin müvəffəq olması üçün iştirakçıların seçilməsi həlledici rol oynayır. Təlimə kim gəlməlidir, onlar kimləri təmsil edirlər, onların maraqlarını necə ödəmək olar – bu məsələlər təlim strategiyasının vacib addımlarıdır. Təlim həmçin qruplarda daha asan keçir, lakin bəzən kollektiv məsuliyyət və birlik yaratmaq üçün birgə təhsil tələb olunur. Bu hallarda müxtəlif qabiliyyət və həyat

təcrübəsinə malik olan insanların fərqli qabiliyyətlərini və ehtiyaclarını nəzərə almaq, onlara hörmətlə yanaşmaq lazımdır. Digər layihələrdə olduğu kimi, burada da kişilərin fərqli rol və tələbatlarını, yaş, sinif və etnik mənsubiyyətin təsirini nəzərə almaq vacibdir. Qrup haqqında daha çox bilmək lazımdır ki, təlim onun üzvlərinin tələblərinə cavab versin. Qrupun tərkibi onun dinamikliyində özünü göstərir və, əgər siz təklənmə və təhdidə məruz qalma hissələrindən uzaq olmaq istəyirsinizsə, onda qrupun tərkibində kişilərin və qadınların, rəhbər və sıravi işçilərin bərabər təmsil olunmasını nəzərə almalısınız. Bəzən, əgər bilik, status, insanlar qarşısında çıxış etmək qabiliyyətində böyük fərqlər vardırsa, qrupları cinsi və ya sosial əlamətlərə görə bölmək məqsədəuyğundur.

Çox vaxt kişilərin çoxluq təşkil etdiyi auditoriya qarşısında qadınların elmi və ya

texniki mövzularda çıxış etməsi çətin olur. Kişilərsə kiçik qrupda şəxsi mövzuda

danışdıqda çətinlik çəkirlər. Odur ki, bəziləri üçün qrupların cinsi bölgü ilə tərtibi daha arzu olunandır. Kişilərin və qadınların dil bilmək, savad dərəcəsi və bu kimi vərdiş bacarıq və maraqları lazımınca qiymətləndirilməsi önəmlidir. Diqqəti cəlb edən digər faktora da, məsələn, humanitar təşkilatlardakı, iş təcrübəsinə, tutduğu vəzifəyə, işlədiyi regiona və ölkəyə, fikir verilməlidir. Eyni zamanda dinləyicilərin qender məsələləri barədə ilkin biliyə malik olub – olmadıqlarını aşkar etmək, onların əvvəllər qender təlimi alıb-almadıqlarını

öyrənmək gərəkdir. Adətən insanlar aktiv iştirak edə biləcəkləri kiçik qruplarda təlim keçirlər. İdeal 10- 20 nəfərlik qruplardır. İri qruplar çoxlu təlimatçı və mürəkkəb hazırlıq tələb edirlər. Nəzəriyyənin öyrənilməsi göstərir ki, təlimin stimullaşdırılmasının, optimal səviyyəsi mövcuddur. Qender təlimi kimi mürəkkəb predmeti tədris etdikdə müəyyən narahatlıq və ədavət yarana bilər. Belə halın «stimullaşdırılması» elə təsirli ola bilər ki, o, təlimi bloka ala bilər. Bu vəziyyətdə qrup və onun nümayəndələri ilə qabaqcadan iş parmaq xeyirli olar, bununla mövcud qorxu və təhlükə hisslərini üzə çıxarmaq, təlimi lazımı axara yönəltmək olar. Gözləmə mövzusu özlüyündə çox vacibdir, lakin ilkin müzakirədər narahatlıqldarı dəf etmək, hansı mövzuları seminarda müzakirə etmək, hansıları etməmək sualına cavab tapmağa kömək edir. Qadınların və kişilərin gözləmələri fərqli ola bilər. Bəzi kişilər təşkilatın tələbi kimi təlimlə razılaşa bilərlər, eyni zamanda bunu provakasiya kimi də qəbul edirlər. Qadınların bəzilərisə qender təlimini çoxillik lobbiçiliyin zirvə məqamı kimi qəbul

edir, bundan həddən artıq nə isə gözləyirlər. Bəzi insanlar, başlıca olaraq kişilər, qenderhaqqında müəyyən təsəvvürləri ola-ola təlimdən hazır reseptlər gözləyirlər, işdə isə bu məsələyə münasibəti necə dəyişmək olar təklifi onları maraqlandırmır. İlkin müzakirələr zamanı tələbatları da müəyyən etmək olar. Əgər hər hansı səbəblərdənsə təlim iştirakçıları ilə qabaqcadan görüşlər mümkün deyil, məsələn, onlar xaricdən və müxtəlif ölkələrdən gəlirlər, bu zaman lazımi informasiya region nümayəndələrindən, iştirakçıların məktublarından və ilkin sorğulardan toplamaq olar.



B. Təlimatçılar



İdeal – minimum iki təlimatçının olmasıdır. Bu mümkün deyilsə, təşkilatın nümayəndəsini tapmağa çalışın ki, o, sizə təlimi planlaşdırmaqda və keçirilməsindəköməklik etsin. İki və daha çox təlimatçı ona görə olmalıdır ki:



o İş çox məsul və üzücüdür;



o Təlimatçılar bir-birinə kömək edə bilərlər;



o Təlimatçılardan biri qadın, ikincisi kişi olarsa, bu qrupun, ələlxüsus qarışıq qrupun,işinə kömək edər, qenderə yalnız qadın məsələsi kimi baxış münasibətinin qarşısını alar;



o Vacibdir ki, təlimatçılardan heç olmazsa biri dinləyicilərin əksəriyyətini təşkil edən və eyni ərazi və etnik qrupu təmsil edənlərdən olsun;



o Heç olmazsa, bir təlimatçı iştirakçıların ana dilini bilmiş olsun, bu diskussiyaların ana dilində aparılmasına, qadınların və azsavadlıların müzakirələrdə iştirak etməsinəimkan verər. Bütün yuxarıda göstərilənlər sizin tərəfinizdən şərik təlimatçının seçilməçsində nəzərə alınmalıdır. Təlimatçılar bir komanda kimi işləməlidirlər, çünki:



o Təlim iştirakçılarının təlimatçılara münasibəti onların cinsindən, yaşından,

milliyyətindən və digər faktorlardan asılıdır.



o Qrup onları «ekspent» («qeyri-ekspert», «bizlərdən biri») «özgə» kimi qəbul

edə, onları qarşı-qarşıya qoya bilərlər.



o Eyni informasiya onun kim tərəfindən çatdırılmasından asılı olaraq müxtəlif

cür başa düşülə bilər



o Effektli komanda işinə nail olmaq üçün siz gərək yəqin biləsiniz ki, sizin

metodlarınız bir-birinə zidd deyildirlər. Buna görə siz gərək:



o Bu Vəsaitdə qaldırılan iş metodunuzu və məsələləri müzakirə edəsiniz.





o Əmin olasınız ki, əsas məsələlərdə sizin fikirlərininz üst-üstə düşür.



o Güclü və zəif cəhətlərinizi müzakirə edəsiniz.



o Məsuliyyətli bölüşə və planlaşdıra, təlim üçün lazım olan vaxtı müzakirə edə

biləsiniz.



o Planlaşdırma dövründə təlimatçılar bir-birlərini yaxşı tanımalıdırdar.



o Seminara görə isə hər sessiyaya bir təlimatçı cavabdehdir. Təlimatçılar bir-birinin sözünü kəsməməli, həmkarı yalnız məşğələnin sonunda fikir mübadiləsinə dəvət etməlidirlər.



o Onlar bir-birinə kömək etməyə hazır olmalıdırlar. Hazırlığın faydalı hissəsi kimi bir-birini dinləmək bacarığına yiyələnmək üçün məşğələlərin keçirilməsi ola bilər.

o Seminardan sonra müzakirələr aparın, bununla aydınlaşdırın ki, hər bir

təlimatçıya nə asan və ya çətin gəlmiş, seminar yenidən keçirilsəydi o, nəyi dəyişmək istərdi.



o Təlimatçılar sosial ədalət hissinə malik olmalıdırlar.



o Qender təlimin başlıca mövzusu olsa da, o, bütün səviyyələrdə ayrı-seçkiliyə qarşı mübarizənin ümumi kontekstində baxılmalıdır. Seminara başlamazdan əvvəl siz gərək iştirakçılara dair baxışlarınıza yenidən baxasınız, təkcə onları öyrətməyə yox, onlardan öyrənməyə də hazır olmalısınız. Siz gərək İKT-nin tədrisə tətbiqinə məsələlərinə dair bilik və anlayışa sahib olasınız.



Məşğələlərə qədər siz gərək bütün əlavə və nümunələri diqqətlə öyrənəsiniz.





C. Vərdişlər



o Ehtimal ki, sizə xüsusi təhsil lazım deyildir, çünki, əgər iştirakçılar təlimatçının

üstünlüyünü hiss etsələr, bu sədd rolunu oynayar. Təlimatçıya etibar çox vacibdir, bu isə qrupun tərkibindən asılıdır.



o Təlimatçı dinləməyi bacarmalı, qrupun dinamikasını başa düşməli və qrupla

qarşılıqlı hörmət münasibətləri qurmağı bacarmalıdır. Onun məşğələlərdə və onlardan kənar davranışı və nitqi təlimin məqsədlərinə uyğun olmalıdır. Xüsusilə də o, diqqətli olmalı, bilərəkdən ya bilməyərəkdən əlilərin, az savadlıların və digər qrupların ayrıseçkiliyinə yol verməlidir.



Ç. Yardım



Siz gərək inzibati və digər yardımı nəzərə alasınız. Bu xüsusən də seminar

haqqında hesabatın planlaşdırılmasında vacibdir. Hesabatı təlim keçirilən zaman, sonraya saxlamadan, yazmaq daha asandır. Ola bilsin, hesabat üçün sizə fotoqrafiya lazım olsun. Təşkilati məsələləri həll etmək üçün (bina, qida, nəqliyyat və s.) mümkün qədər əlavə heyət cəlb edin. Bəzi məsələləri iştirakçılar icra edə bilərlər. Bu onların məsuliyyətini artırar, təlimatçıya fikrini işə cəmləşdirməyə kömək edər. İştirakçılar da bəzi məşğələləri keçirə bilərlər. Amma siz dəqiq bilməlisiniz ki, onlardan nə gözləyirsiniz: onlar komandanızın üzvüdürlər, yoxsa elə-belə olaraq bəzi məşğələləri keçirirlər. Siz diskussiyalar aparmaq üçün kənardan da adam dəvət edə bilərsiniz. Bu məşğələlərə yenilik gətirə bilər, lakin dəvət olunmuş adamlar gərək təlimin məram və məqsədləri ilə tanış olmuş olsunlar.



D. Qrupun özəyi



Oksfam çox zaman təlimin planlaşdırılması və keçirilməsində «qrupun özəyindən» istifadə edir. Özəyə təlimatçılar, nisbətən aktiv iştirakçılar yaxud təşkilatçılar daxildir. İnsanlar onların qrupun tələbatlarına görə seçilirlər. Monitorinq və yenidən planlaşdırmaya kömək üçün 1-2 iştirakçı cəlb oluna bilər. Arzuolunandır ki, qrupun özəyini 4-5 nəfər təşkil etsin. Onların rolu və vəzifələri dəqiq bölünməlidir. Başda bütün prosesləri izləyə bilən lider durmalıdır.



2. Nə zaman?



Siz müxtəlif metodlara müraciət edə bilərsiniz: seminarlar, axşam sinifləri, dövri

təlim yaxud işdə təlim. Daha sərfəli variantı seçin. Məşğələ vaxtını təyin etdikdə

iştirakçıların maraqlarını və mədəni xüsusiyyətlərini nəzərə alın (qadınlar axşamlar gələbilərlərmi). Qrupun özəyi və ya nümayəndələri ilə görüşlərə və təlimin planlaşdırılmasına kifayət qədər vaxt ayırın. Nəzərə alın ki, təlimin bir günü ən azı bir gün hazırlıq tələb edir. Bu da o şərtlə ki, təlimatçı lazımi təcrübəyə malikdir. Tanışlıq görüşləri, materialların öyrənilməsi və şəraitə uyğunlaşdırılmasına əlavə vaxt ayırın. Planlaşdırma və təlimin keçirilməsi arasında bir gün vaxt saxlayın, əks halda hələ məşğələlər başlayana kimi siz artıq əldən düşmüş olarsınız. Təlim vaxtını hesablayarkən istirahətə, mübadilələrə, baş çəkmələrə, məşqlərə və sərbəst işə vaxt ayırın. İştirakçılar bütün məşğələlərə davam etsinlər deyə, onlara mağazalara getməyə və diqqətə layiq yerlərə baxmağa vaxt saxlayın.



4. Harada?



Təlim üçün bina ya otaq seçəndə onun rahatlığını və dəyərini nəzərə alın. Siz yəqin etməlisiniz ki, bu yer bütün iştirakçıları qane edir. Siz eyni zamanda təhlükəsizlik, əlil insanların gəliş-gedişi, ictimai nəqliyatın hərəkəti, xüsusən htiyacı olan adamların qidalanmasının təşkilini nəzərə almalısınız. Kiçik uşaqları olan qadınlara xüsusi diqqət yetirmək gərəkdir, əks halda onlar məşğələlərə davam edə bilməzlər. Uşaqlara baxmaq üçün ayrıja otaq ayrılmalı, dayə işə götürülməlidir. Bu büdcədə nəzərdə tutulmalıdır.



5. Nə üçün? Tələbatların analizi



Siz gərək qrupun tələbatlarını müəyyən edəsiniz ki, bununla vəzifə və əsas məqsədləri ixtisaslaşdıra biləsiniz (bax 1. Nə üçün? bəndinə). Təsəvvür yarana bilər ki, bir təlimdə baxılmaq üçün qrupun tələbatları həddən artıq müxtəlifdir. İri həcmli təşkilatların işçiləri üçün tələbatlar «üçbucaq kontakt» deyilən üsulla təlimatçı, iştirakçı və onun meneceri tərəfindən birgə müzakirədə təyin edilir. Sonra müəyyənləşdirilir ki, bu təlim tələbatlara cavab verirmi və daha hansı əlavə tədbirlər görülməlidir. Həmçinin, iştirakçılarda islahatlar aparmaq üçün qüvvə, hərəkət planın həyata keçirmək üçün hökmləri olub olmamasını bilmək üçün onların məsuliyyət səviyyəsi və vəzifələri nəzərə alınır. Əgər yoxdursa, rəhbərlikdən və təşkilatdan onlar nə kimi dəstək ala bilərlər? Bu məsələlər nəzərə alındıqda, iştirakçıların təlimdən aldıqları bilikləri praktikada tətbiq etmələri üçün böyük imkanlar əldə etmiş olurlar. Siz eyni zamanda nəzərə almalısınız ki, onların gələcəkdə, məsələn, başqa işə keçdikdə tələbatları necə ola bilər. Tələbatlar insanın artıq nə bildiyi və nəyi bilmək istədiyini müəyyən etmək yolu ilə təyin edirlər. Bunu belə etmək olar: İnsanları onların nailiyyətləri və çətinlikləri, qender məsələlərində nəyi bilmək istədikləri və bu məsələlərin onların işinə necə təsir göstərdiyi barədə sorğu aparmaqla. Bunu kursqabağı anketlərin göndərilməsi ilə də etmək olar (Bax:



Mövzu 8. Gözləmə, ümidlər, qorxu).



o Onların hərəkət və bacarıqlarını izləməklə.

o Sorğu nəticələrini, vəzifə, sənəd layihələrinin və s. təsvirini öyrənməklə.

Lazımi məlumatı vaxtında toplamaq çox vacibdir. Kursun məqsədləri konkret qrupun tələbatları ilə müəyyən edilir. Hər bir mövzunun aydın məqsədləri olmalıdır. Məqsədlərə nail olduğunuzu necə təyin edəcəyiniz barədə fikirləşin.



6. Nə? Məzmunu



Kursun məzmunu qrupun tələbatları ilə müəyyən edilən vəzifələrdən asılıdır.

Buraya aşağıdakılar daxil ola bilər:



o Şüur (qenderi başa düşmə və streotipləri dərk etmə)

o Bilik (qadınların müxtəlif formada ayrı-seçkiliyi)

o Vərdişlər (layihələrin qender baxımından təhlili)

o Davranış (qarışıq qrupla iş üsullarında dəyişikliklər)



Vərdişlərə sahib olmaq və davranışı dəyişdirməkdən ötrü baza yaratmaq üçün

qender şüurunu şəxsi və nəzəri səviyyələrdə biliklərə əsasən daxil etmək vacibdir. Bu olmadıqda, humanitar təşkilatların əməkdaşları qenderə mücərrəd, onların işinə aid olmayan bir məsələ kimi baxarlar. Təlimin real nəticələr verməsi üçün, şüurun inkişafı ilə yanaşı iştirakçılara təhlil və planlaşdırma vərdişləri aşılanması da vacibdir. Mövzuları məntiqi ardıcıllıqla yerləşdirin, elə edin ki, onlar girişdən və qrupda etibar və inam yaratmaqdan başlayıb, planlaşdırma və kursu qiymətləndirmə ilə bitsin. Lazım olan vaxtı hesablayın və buna uyğun proqram layihəsini tərtib edin.



6. Necə. Təlim metodları



Siz təlimin hansı növündən istifadə etsəniz belə böyüklər üçün ən əlverişli tədris

metodu təlimdə bilavasitə iştirakdır. Bu metod daha effektiv və daha maraqlıdır. Metod iştirakçıları hörmətə əsaslanır, odur ki, onlar tədrisdə aktiıv rol oynayırlar. Bir halda ki, siz seminar keçirməyə qərar vermisiniz və təlimin 6 addımını keçmisiniz, siz sonrakı hərəkətlərin seçiminə hazırsınız. Hərəkətlər müəyyən məqsədlərlə seçilməlidir. Müəyyən məsələni həll etmək üçün bir sıra metod və üsullar mövcuddur. Təlim təcrübədə daha effektli keçir: mahnı və oyunlar şüur oyanışı üçün daha uyğun gəlir, faktiki informasiyanı isə video və mühazirələr vasitəsilə təqdim etmək daha məqsədəuyğundur. Bütün bü asprektlər əlaqəlidirlər, müxtəlif metodlarsa müxtəlif məqsədlər üçün istifadə edilə bilər. Təlim üsulları «açıq» və «qapalı» formalara bölünə bilərlər. «Açıq» üsullar yaradıcı yanaşmanı və şüur oyanışını stimullaşdırırlar. «Beyin həmləsi» (bütün cümlələr sualsız yazılır), hadisəni şəkillər üzrə söyləmək, şəkli ya layihəni yaratmaq buna misaldır. «Qapalı» texnika-faktların öyrənilməsi, metodların təhlili ya praktiki vərdişlərə yiyələnmək üçün tətbiq metodları ilə. Hər iki üsul eyni materiallardan istifadə edə bilər. Təlim metodları Yaradıcı/Tədqiqat, Analitik (məsələn, layihələrin təhlili), Planlaşdırma (hərəkət planı) növlərinə bölünə bilər. Ən yaxşısı bu metodların kombinasiyasından istifadə olunsun. Nəzərə almaq lazımdır ki, müxtəlif adamların təlim üsulları müxtəlif ola bilər. O

yerdə ki, iştiraka əsaslanan metoddan əvvəllər istifadə olunmayıb, onun birdən-birə tətbiqi nəinki qeyri-adi, hətta təhlükəli görünə bilər. Hesabatlar tərtib etməyə vərdiş etmiş adamlara təhlili öyrənərkən qrafa doldurmaq qəribə gələ bilər. Kişilər və qadınlar çox vaxt müxtəlif cür təlim alırlar. Bir çox qadınlar üçün cütlüklərdə və kiçik həmcins qruplarda danışmaq daha asan olur, və bu təlimə daxil edilməlidir. Kişilərin çoxu hisslərini müzakirə etməkdən çəkinirlər, çünki onlar bunu dediqodu hesab edirlər. Belə hallarda təlim işində çox ehtiyatlı hərəkət etmək lazımdır, hər iştirakçının fikrinə, heç bir metod ideal deyildir. Qarşılıqlı hörmət sizə müxtəlif metodlardan istifadə etmək imkanı verir. Müxtəlif metodlardan bir vəhdətdə istifadə olunması iştirakçıların təlimə marağını saxlamaqda kömək edə bilər. Onların biliklərindən və yaradıcılıq bacarığından istifadə etməyə çalışın. Nümunələrin öyrənilməsi təlimin tərkib hissəsi, bəzən isə əsas metodu kimi istifadə olunur. Biz hesab edirik ki, bu cür yanaşmaq təlimin sonunda – əldə edilmiş bilik və vərdişlərin praktiki istifadə üsulu kimi daha sərfəlidir. Rolların icrası, rəsm, mahnı və oyunlar – yazılı materiala əsaslanmayan gözəl metodlardır. Lakin bu materiallardan təhsil səviyyəsi yüksək olan qruplarda ehtiyatla istifadə olunmalıdır ki, insanlar zənn etməsinlər ki, onlara qeyri-ciddi münasibət bəsləyirlər. Qarşılıqlı iqkm və hörməti möhkəmləndirdikdən sonra siz bu metodlardan istifadə edib-etməmək qərarına gələ bilərsiniz. Qarışıq qruplarda oyun növləri keçərkən onu nəzərə almalısınız ki, bu təlimlər kişi və qadın arasındakı qəbul olunmuş münasibətlərə zidd olmasın. Sizə eyni zamanda çıxış və prezentasiyalar da hazırlamaq lazım gələcəkdir. Onlar qısa və dəqiq olmalıdır, ələlxüsus də, əgər onlar çoxluğun ana dilində aparılır.



Budur bir neçə məsləhət:



o Çıxışların vaxtını 20 dəqiqəyədək məhdudlaşdırın, çünki sonradan dinləyicilər diqqəti itirirlər.

o Demək istədiyinizi insanların qavraya bilməcək həddinə kimi yığcam edin (məsələn, «5 əsas məsələ», «4 əsas prinsip»). Bundan sonra siz məsələni izah ya nümayiş etdirə bilərsiniz, lakin, məşğələdən gedəndə

o insanlar gərək əsas müddəaları yadda saxlamış olsunlar.



Əyani vasitələrdən istifadə edin.



Qabaqcadan hazırldaşın. Sizə lazım olajaq:



o Lövhə ya vatman.

o Flomasterlər, markerlər və s.

o Sancaqlar.



o Paylanan material – bunlar gərək vaxtında seçilsin, yazılsın ya yenidən

işlənsin və bütün iştirakçılar üçün çoxaldılsın. Əgər siz yeni meterial

götürürsünüzsə, onun üzərində yaxşı işləyin və yəqin edin ki, o, lazımi

informasiya daşıyıcısıdır.

o Kağız vərənqlər yaxud kartoçkalar.

o Güman ki, sizə əlavə lazım olacaqdır:

o Kinoproyektor, video, slayd proyektoru və slaydlar. Bunlar sizin təlimi daha

maraqlı edər. Əgər bu texnikadan istifadə edəcəksinizsə, qabaqcadan onun

saz vəziyyətdə olmasını, ondan istifadə edə biləcəyinizi yəqinləşdirin

o Digər material. O metodlardan istifadə edin ki, onlar qrupun bacarıqlarına vəbilik səviyyəsinə cavab versin. Ola bilsin sizə bəzi materialları qrupun tərkibinə və səviyyəsinə uyğunlaşdırmaq lazım gəldi. Əgər bir kontekst üçün hazırlanmış material kor-koranə olaraq digərində istifadə olunursa, bu anlaşılmazlıq yarada bilər.

o Siz materialı diqqətlə oxumalı və məşğələləri bu əsasda planlaşdırmalısınız. Bəzi hallarda (analitik metodlar üçün misallar, informasiya mübadiləsi və s.) çoxsaylı hazırlıq ələb olunur. Digər hallarda uğur qabaqcadan görülən işdən asılı olur (Mozer metodu üzrə tədris). Hərdən siz alternativ seçim etməlisiniz. Yadınızdadırmı, bütün hərəkətlər məntiqi ardıcıllıqla qurulmalıdırlar. Siz kursu elə tərtib etməlisimniz ki, marağı saxlaya biləsininz. Bunun ən yaxşı üsulu metodların və hərəkət müddətlərinin dəyişkənliyidir. Əgər məşğələ üçün diqqətin cəlb olunması tələb olunursa, yaxşı olar ki, onu kiçik hazırlıq ya oyunlarla başlayasınız. Məşğələlərin davamlılığı fasilələr də daxil olmaqla 2 saatdan artıq olmamalıdır. Nahardan sonra çox ciddi nəzəri məşğələlər planlaşdırmayın, çünki bu zaman insanlar yuxulu ola bilərlər. Əyləncələr üçün vaxt saxlayın. Müxtəlif metodları yalnız ona görə seçin ki, onlar qoyulan məqsədlərə cavab versin və qrupa uyğun olsunlar. Məsələn, siyahı tərtib etməyi nəzərdə tutan (stereotip siyahıları götürək) tapşırıqları elə uyğunlaşdırmaq olar ki, dinləyicilər bunu şəkil çəkmək ya oyun kimi yerinə yetirsinlər. Qrupun onları daha yaxşı mənimsəyəcəyini hesab edirsinizsə nümunəvi misallar oyun şəklində təqdim oluna bilərlər.





Təlim proqramının nümunələri: tapşırıqların seçilməsi



Siz tapşırıqların məzmununu işlədikdən və onları hazırladıqdan sonra, sizə aşağıdakı informasiya yarıyar: Üçgünlük seminara hesablanan bu proqram çox gərgindir. Bəzən vaxt çatışmamazlığı, kiçik kənara çıxmalar ola bilər. Proqramı tərtib etdikdə siz onlarda müəyyən dəyişikliklər edilməsi ehtimalını nəzərə almalısınız, əks halda, əgər qrup əvvəlki materialı mənimsəməyibsə irəli getməyin mənası yoxdur.



MƏŞĞƏLƏLƏRİN KEÇİRİLMƏSİ



Təlimatçının rolu

Siz qrupda tapşırıqların yerinə yetirilməsinə və sağlam ab-havanın saxlanmasına avabdehsiniz



Tapşırıqlar: Bu özündə məqsədlərin dəqiq müəyyən edilməsini, girişi və təlimatçılara göstəriş verilməsini, material təminatını, yekunlaşdırmanı birləşdirə bilərlər.

Məzmun: Buraya insanların özlərini qrupda necə göstərdiklərini, qrupun dinamikasını müşahidə etmək, qrupun hər bir üzvünün özünü onun bir hissəsi kimi hesab etmək, birbirini dinləmək və bir-birindən öyrənmək atmosferini təmin etmək daxildir. Siz qrupda «qapazaltı» yaranmasına, bir üzvün digəri üzərində üstünlüyə yol verməyəsiniz.



Qrupun dinamikası



Vəsaitdə təlimatçılara fərdi məşğələldərə dair göstərişlər verilmişdir. Onlara əlavə kimi qender təliminə aidiyyatı olan qrup dinamikasının bəzi aspektləri vardır. Onlardan bəziləri antiirqi və ya digər təlimlərlə üst-üstə düşür, qalanları isə yalnız qender təliminə aiddir.



Balanslaşdırılmış iştirakın həvəsləndirilməsi



o İnsanlar özlərini balanslaşdırılmış iştiraka əsaslanan qruplarda daha yaxşı oxuyur və daha yaxşı hiss edirlər.



o Təlimatçı kimi, siz qrupda kimin çıxış etdiyinə, kiminsə etmədiyinə diqqət yetirəsiniz.

o Qrupda danışmağa çətinlik çəkənlər üçün siz gərək:Kiçik qruplarda işlərkən qrupda qarşılıqlı inam ab-havası yaradasınız.



o İştirak prinsipindən istifadə etməklə qrupda müəyyən qaydala formalaşdırmalısınız (məsələn, başa salmaq gərəkdir ki, əgər qrupda adətən kişilər çox danışırdarsa, bu təlim qenderə aid olduğundan iştirak bərabərliyi daha təqdirəlayiqdir).



o Çalışıb elə etməlisiniz ki, hər bir iştirakçı onun bilik və təcrübəsinin qiymətli olduğunu hiss etsin.



o Sual verməklə adamları iştiraka dəvət edəsiniz. «Mən səhər demək istərdim ki …» tipli sorğular təşkil etməlisiniz.

o Əgər qadınlar zəif iştirak edirlərsə, qrupu bölməlisiniz Lakin, əgər iştirakçılar, həqiqətən, nədəsə iştirak etimək istəmirlərsə, onlar məcbur etmək lazım deyil. əziləri həddən artıq çox danışır, başqaları arasında üstünlük təşkil edir.





o Belə allarda mümkündür: Çubuqdan yaxud digər əşyadan istifadə etmək: əldən-ələ keçdikcə, kimd olarsa, o, da danışır. Heç kimin onun sözünü kəsməyə ixtiyarı yoxdur. Sakitləri və çoxdanışanları ayrı-ayrı kiçik qruplara bölmək. Adamlarla təkbətək söhbət etmək adama mövzu təklif etmək ki, onu qalanları müzakirə etsinlər.



o Bir qayda qoymaq ki, hamı danışıb qurtarmayınca, bir nəfər iki dəfə danış bilməz



o Digər imkan – məsələni ümumi müzakirəyə çıxarmaqdır. Bu riskli olsa da, onu etmək lazımdır, belə ki, kişilər qadınlardan çox danışırlarsa, ümumi müzakirə üçün vaxt kifayət edər.



o Birinci müzakirə üçün qrupları iki kiçik qrupa bölmək məsləhətdir. Siz nəzərə almalısınız ki, insanlar elə zənn edirlər ki, onlar əslində olduğundan daha az danışırlar.



Monitorinq və qiymətləndirmə



Təlimin monitorinqi və qiymətləndirilməsi onun məqsəd və vəzifələri ilə yanaşı lap əvvəldən nəzərə alınmalıdır. Əvvəlcə siz qrupa başa salmalısınız ki, nəyi və necə etmək fikrindəsiniz, monitorinq qrupun vəzifələrini, fəaliyyət məzmununu və detalları öyrənmək üçün kursun bütün gedişində keçirilməlidir. Bir gündən çox vaxt aparan kurslarda hər günün sonunda kiçik qrupları bir yerə toplayıb nəticələri birgə müzakirə etmək məsləhət görülür. Bu təlimatçıya tədrisin səviyyəsini müəyyən etməyə və kursu lazımi istiqamətə yönəltməyə imkan verər, iştirakçılar isə təlim prosesi üzərində müəyyən nəzarətin olduğunu hiss edərlər. Həm də bu qrupun dinamikasındakı çətinliklərdən qaçmağa, lazım gəldikdə isə proqrama dəyişikliklər etməyə imkan verər. İri qruplar təlimatçılarla əlaqə yaratmaq üçün nümayəndələr seçə bilərlər. İştirakçılar şikayət və şərhləri müzakirə edər, nümayəndələr isə onları təlimatçılara çatdırarlar. Uzunmüddətli kurslar üçün sərfəli metod qeydlərdir. İnsanlar öz təhsil məqsədlərini qeyd edirlər. Onlar qabaqcadan menecerlə müzakirə oluna, anketdə qeyd edilə və ya 6 gözləmə tapşırığında baxıla bilərlər. Qeydlərdə adamlar gün ərzində nəyi öyrəndiklərini və bu onların təhsil məqsədlərinə nə dərəcədə cavab verdiyini göstərə bilərlər. Bu şəxsi metoddur, lakin qrup metodu ilə bərabər də istifadə edilə bilər. «Mən bu gün nə öyrəndim» sorğusu sürətli monitorinqin və günün proqramına qiymət verilməsinin effektli metodudur. Başqa suallar da, məsələn, «mən inanmıram ki…», «mən hələ də kurslardan getmək istəyirəm» yaxud «mən təcrübədən necə keçirəcəyəm», əlavə oluna bilər. Sorğunu günün başlanğıcında keçirmək xeyirlidir, belə ki, bununla insanların əhval-ruhiyyəsini öyrənmək və dünəndən onların sualları qalıbqalmadığını bilmək olar. Şifahi qiymət yazılı ilə müşaiyət oluna bilər. Doldurulmuş vərəqlər sizə təlimin sonuna kimi təqdim edilməlidir. Onlar iştirakçıların təlimin necə keçdiyi barədə fikirlərini

əks etdirir, eyni zamanda öyrəndiklərinin onların həyatında və işində necə əks olunacağını göstərir. Sonrakı vizitlər və anketlər təlimdən bir müddət keçdikdən

sonra müəyyən məlumat toplanmasına kömək edə bilər. Bu özü də tədris dövrlərinin vaxtaşırı olaraq praktiki işlə əvəz olunduğu mərhələ təliminin üstünlüklərini göstərir. Bilik səviyyəsinin müəyyən edilməsinə yönəlmiş yazılı testlər məşğələlərin həm başlanğıcında, həm də sonunda keçirilə bilər. Suallar kursların məzmununa uyğun olmalıdır. Bəzi qruplar bu metodu imtahanı xatırlatdığına görə qəbul etmirlər. Bu problemi sorğu vərəqələrini iştirakçılara verməklə və onlara cavab yazmaq təklifi ilə həll etmək olar. Uzunmüddətli təlimin effektivliyini yoxlamaq üçün istifadə edilən digər metod məşğələlərin konkret məqsədlərindənsə daha çox ümumi məramlarına aiddir. Dəyişiklikləri üzə çıxarmaq üçün tətbiq edilən bu metod təlimdən qabaq və ondan sonrakı davranışın və sənədlərin təhlilinə əsaslanır. Məsələn, buraya kişi və qadınlar arasında keçirilən sorğu nəticələrini, qadın və kişilərin ayrı-ayrılıqda maraqlarını nəzərə alan layihələrin sayı, qərarların qəbuluna və layihələrin işlənib hazırlanmasına cəlb olunmuş qadınların sayı və s. bunlara aiddir. Bu hallarda təlimlə yanaşı digər faktorları da nəzərə almaq lazımdır. Məsələn, heyətin yeniləşməsi, siyasətin dəyişməsi, qender məsələlərinə dair digər konfrans, vizit və diskussiyaların təsiri, siyasi və sosial dəyişikliklər kimilərini digər faktorları qeyd etmək bir qədər çətin ola bilər.



Hesabatlar:



Çalışın ki, hesabatı həmişə təlimin gedişində tərtib edəsiniz. Hesabatlar bir çox

məqsədlərə xidmət edir. Onlara daxildir:



o İştirakçılara nəyi öyrəndiklərini və onların tətbiqini necə planlaşdırdıqlarını

xatırlamaq.

o İştirakçılar və onların menecerləri üçün hansı tapşırıqları yerinə yetirdiklərin və təhsili davam etdirmələri barədə informasiya.

o Təlimi başa vurmamış komanda üzvləri üçün informasiya.

o Təlim keçirilməsini planlaşdıran digər təşkilat və regionlardan olan adamlar üçün məlumat.

o İştirakçıların özlərinin keçirəcəkləri təlimlərdə istifadə edəcəkləri və buna

uyğunlaşdıracaqları məşğələlərin debatları Gələcək üçün tövsiyə, plan və strategiyanın detalları.

o Hesabat adətən iki elementdən ibarətdir: proses və məzmundan. Məşğələlər onları keçirdiyiniz ardıcıllıqla sadalayın, onları elə təsvir edin ki, sizin təcrübənizi tətbiq edə bilsinlər.

o Siz metodiki Vəsaitdə verilmitş formatdan istifadə, eyni zamanda ona təlimatçılar üçün tapşırıq, metod, material, müddət və qeydlər əlavə edə bilərsiniz. Hesabatın məzmunu hər məşğələdən hazırlanmış əlavələr, materiallar və qeydlərdən irəli gəlir. Sizin gərək iki yazar «katibiniz» olsun ki, onlar məşğələlərdə qeydlər aparsın və hesabatı hazırlasınlar. Hesabatın hazırlıq planınız olması da mümkündür (məsələn, buraya diskussiyaların

o əsas mövzuları, tədqiqatların nəticələrim, hərəkət planları daxil ola bilər).




Получите в подарок сайт учителя

Предмет: Математика

Категория: Уроки

Целевая аудитория: 6 класс

Скачать
Презентация «Приведение дробей к общему знаменателю»

Автор: Мамедова Севиндж Матлаб

Дата: 15.01.2016

Номер свидетельства: 277147

Похожие файлы

object(ArrayObject)#852 (1) {
  ["storage":"ArrayObject":private] => array(6) {
    ["title"] => string(142) "Конспект по математике. презентация "Приведение дробей к общему знаменателю" "
    ["seo_title"] => string(91) "konspiekt-po-matiematikie-priezientatsiia-priviedieniie-drobiei-k-obshchiemu-znamienatieliu"
    ["file_id"] => string(6) "243515"
    ["category_seo"] => string(10) "matematika"
    ["subcategory_seo"] => string(11) "presentacii"
    ["date"] => string(10) "1445757987"
  }
}
object(ArrayObject)#874 (1) {
  ["storage":"ArrayObject":private] => array(6) {
    ["title"] => string(129) "Презентация "Приведение дробей к общему знаменателю. Тест для 6 класса""
    ["seo_title"] => string(80) "priezientatsiia_priviedieniie_drobiei_k_obshchiemu_znamienatieliu_tiest_dlia_6_k"
    ["file_id"] => string(6) "386197"
    ["category_seo"] => string(10) "matematika"
    ["subcategory_seo"] => string(11) "presentacii"
    ["date"] => string(10) "1485884394"
  }
}
object(ArrayObject)#852 (1) {
  ["storage":"ArrayObject":private] => array(6) {
    ["title"] => string(157) "Конспект урока математики в 6 классе по теме: "Приведение дробей к общему знаменателю" "
    ["seo_title"] => string(99) "konspiekt-uroka-matiematiki-v-6-klassie-po-tiemie-priviedieniie-drobiei-k-obshchiemu-znamienatieliu"
    ["file_id"] => string(6) "105599"
    ["category_seo"] => string(10) "matematika"
    ["subcategory_seo"] => string(5) "uroki"
    ["date"] => string(10) "1402893749"
  }
}
object(ArrayObject)#874 (1) {
  ["storage":"ArrayObject":private] => array(6) {
    ["title"] => string(125) ""Приведение дробей к общему знаменателю", урок математики в 6 классе. "
    ["seo_title"] => string(78) "priviedieniie-drobiei-k-obshchiemu-znamienatieliu-urok-matiematiki-v-6-klassie"
    ["file_id"] => string(6) "193451"
    ["category_seo"] => string(10) "matematika"
    ["subcategory_seo"] => string(11) "presentacii"
    ["date"] => string(10) "1427640079"
  }
}
object(ArrayObject)#852 (1) {
  ["storage":"ArrayObject":private] => array(6) {
    ["title"] => string(155) "Дидактическая игра по математике на тему "Действия с обыкновенными дробями" (5 класс) "
    ["seo_title"] => string(92) "didaktichieskaia-ighra-po-matiematikie-na-tiemu-dieistviia-s-obyknoviennymi-drobiami-5-klass"
    ["file_id"] => string(6) "222631"
    ["category_seo"] => string(10) "matematika"
    ["subcategory_seo"] => string(5) "uroki"
    ["date"] => string(10) "1436561217"
  }
}


Получите в подарок сайт учителя

Видеоуроки для учителей

Курсы для учителей

ПОЛУЧИТЕ СВИДЕТЕЛЬСТВО МГНОВЕННО

Добавить свою работу

* Свидетельство о публикации выдается БЕСПЛАТНО, СРАЗУ же после добавления Вами Вашей работы на сайт

Удобный поиск материалов для учителей

Проверка свидетельства