"Литературные виды и жанры"- VII класс "?d?bi n?vl?r v? janrlar" - VII sinif
"Литературные виды и жанры"- VII класс "?d?bi n?vl?r v? janrlar" - VII sinif
?d?bi növl?r: Lirika, Epos v? Dram .
Ad?t?n b?dii ?d?biyyt?n üç növ? bölündüyü qeyd edilir ki, bunlar da a?a??dak?lard?r: epos, lirika v? drama. Bunlar da özlüyünd? janrlara bölünürl?r. M?s?l?n, eposun janrlar? hekay?, novella, povest, v? romand?r. Komediya, faci?, drama, vodevil, fars, melodrama is? dram?n janrlar?d?r. Lirikan?n janrlar?na is? qo?ma, q?z?l, poema, lirik ?eir, siyasi ?eir daxildirl?r.
B?dii ?d?biyyat?n növl?r? bölünm?si insan?n h?yat prosesind? t?svirinin tipi il? mü?yy?nl??ir. H?yat?n prosesi bu v? ya dig?r s?viyy?sind? göst?ri?mi? xarakterl?rin t?svirinin üsulu il? mü?yy?nl??ir. ?g?r b?dii ?s?rd? insan bizim qar??m?zda süjetli ??kild?, inli?afda, bitmi? bir xarakter kimi t?svir edilirs?, o zaman h?min b?dii ?s?r eposdur. Yox, ?g?r insan?n özünün ayr?l?qdak? bir v?ziyy?ti, h?y?can? t?svir edilirs? v? burada süjet yoxdursa o zaman bizin qar??m?zda lirikad?r
Вы уже знаете о суперспособностях современного учителя?
Тратить минимум сил на подготовку и проведение уроков.
Быстро и объективно проверять знания учащихся.
Сделать изучение нового материала максимально понятным.
Избавить себя от подбора заданий и их проверки после уроков.
Просмотр содержимого документа
«"Литературные виды и жанры"- VII класс "?d?bi n?vl?r v? janrlar" - VII sinif »
Ədəbi növlər: Lirika, Epos və Dram .
Adətən bədii ədəbiyytın üç növə bölündüyü qeyd edilir ki, bunlar da aşağıdakılardır: epos, lirika və drama. Bunlar da özlüyündə janrlara bölünürlər. Məsələn, eposun janrları hekayə, novella, povest, və romandır. Komediya, faciə, drama, vodevil, fars, melodrama isə dramın janrlarıdır. Lirikanın janrlarına isə qoşma, qəzəl, poema, lirik şeir, siyasi şeir daxildirlər.
Bədii ədəbiyyatın növlərə bölünməsi insanın həyat prosesində təsvirinin tipi ilə müəyyənləşir. Həyatın prosesi bu və ya digər səviyyəsində göstəriımiş xarakterlərin təsvirinin üsulu ilə müəyyənləşir. Əgər bədii əsərdə insan bizim qarşımızda süjetli şəkildə, inlişafda, bitmiş bir xarakter kimi təsvir edilirsə, o zaman həmin bədii əsər eposdur. Yox, əgər insanın özünün ayrılıqdakı bir vəziyyəti, həyəcanı təsvir edilirsə və burada süjet yoxdursa o zaman bizin qarşımızda lirikadır
Epos termini yunanca e p o s (söz, nəql, mahnı) sözündən olub, iki mənaya malikdir. Tarixi-ədəbi mənada xalq poemalarına və nağıllara epos deyilir. Məsələn; "Koroğlu" eposu, "Kitabi- Dədə Qorqud" eposu, Azərbaycan xalq eposu, rus xalq eposu və s. Nəzəri mənada isə epos o növə deyilir ki, onun əsas xüsusiyyəti insanın xarakterinin hərəkətdə, həyat prosesinin gedişində təsvir etmək olsun.
Epik obrazın əsasını inkişaf etmiş, çoxcəhətli insan xarakteri təşkil edir ki, həmin xarakter də özlüyündə müəyyən bir fərdiliyi təsvir edir. Bu fərdilik öz taleyindəki həyat prosesin xarakterik xüsisiyyətlərini əks etdirir.
Epik növlər üç janra ayrılır: kiçik forma – hekayə; orta forma – povest, və böyük forma – romandır.
Kiçik epik forma olan hekayənin əsas xüsusiyyəti odur ki, orada insanın həyatında baş vermiş ayrıca bir hadisə qələmə alınır. Burada insanın xarakteri artıq formalaşmış şəkildə göstərilir və personajların kəmiyyəti də çox deyil. Buradan da onun həcminin böyük olmadığı irəli gəlir.
Orta epik formanı çox zaman povest adlandırırlar. Povest hekayədən onunla fərqlənir ki, burada əsas personajın ətrafında birləşən bir sıra epizodlar verilir ki, bunlar da onun həyatındakı bir dövrü təşkil edir. Bu artıq həyat prosesin başqa bir növüdür. Yazıçıya, insanın daxilindəki mübarizəni göstərmək üçün, onun həyatındakı dəyişikliyi təsvir etmək üçün bir neçə epizodlar verməlidir. Bu səbəbdən də povest həcm etibarilə böyükdür; ona personajların daha geniş dairəsi daxildir.
Nəhayət böyük epik forma romandır. Romanda insanın keçdiyi həyat yolu təsvir edilir. Burada müəllif artıq bir dövrlə və personajların say etibarilə az olması ilə kifayətlənmir. Oxucunun gözü qarşısında çoxlu iştirakçılar keçir ki, onların da hər biri özünəməxsus xarakterə məxsus olur. Sənətkar, təsvir etdiyi hadisəni nə qədər dərindən bildiyindən asılı olaraq hekayəyə, povestə və ya romana müraciət edir. Romanın müəllifi personajın xarakterini ətrafındakı mühitlə qarşılıqlı münasibətdə açılmalı olduğundan, ona qəhrəmanın fəaliyyət göstərdiyi aləmin müəyyən konsepsiyasını yaratmaq lazımdır.
Romanda müxtəlif nitqlər – personajların monoloqları, dialoqları, nəqledənin nitqinin müxtəlif növləri – qəhrəmanın xarakterinin, təbiətin, ətraf mühitin təsviri və s. bir-birinə qovuşur, bir-birini tamamlayır. Bütün bunlar həyat prosesin mürəkkəb, sintetik təsvirini verən böyük epik formanı xarakterizə edir.
Lirika yunanca l u r i k o s sözündən olub- lira sədaları altında oxumaq deməkdir. Lirik əsərdə sanki bizim qarşımızda baş verən və tamamlanan hər hansı bir hadisə, həyəcan, iztirab təsvir edilir. Ona görə də lirik şeirlərdə başlanğıcı və sonu olmayan genişlənmiş hadisə, xarakterlərin mürəkkəb qarşılıqlı təsiri yoxdur. Biz lirikanın insanın konkret iztirablarını, həyəcanlarını təsvir edərək həyatı əks etdirdiyini qeyd etdikdə unutmamalıyıq ki, "iztirab" anlayışını dar mənada başa düşmək lazım deyildir: buraya həyatın hər bir şəraitindən irəli gələn hər bir emosiya daxildir: fəlsəfi məna, sevgi iztirabı, siyasi dünyagörüş və s.
Epik əsərdə də iztirab. Həyəcan verilə bilər. Lakin burada onlar başqa elementlərlə qarşılıqlı təsirdə verilir, onlarla qovuşur və mənz onlarla bağlı olduğundan anlaşıqlı olur. Lirikada isə həyəcan, iztirab müstəqildir, daxilən bitmişdir. Özünün açılması üçün başqa şərt tələb etmir.
Lirik şeiri təhlil edərkən biz eyni zamanda onun quruluşunun tamlığından, bütövlüyündən də çıxış etməliyik. Onun əsasında – həyəcan çəkən, iztirab çəkən obraz durur.
Lirik şeirin təhlilinin mərkəzində onun bilavasitə məzmununun müəyyənliyi durmalıdır: lirik qəhrəmanın həyəcanı
Üçüncü ədəbi növ dramadır. Yunanca d r a m a hərəkət deməkdir. Bir çox cəhətdən drama eposa yaxındır. Sırf bədii əsər baxımından mahiyyətcə drama roman, povest kimi epik əsərdir. Lakin onun özünəməxsus xüsusiyyəti vardır. Drama müəllifin nitqindən məhrumdur.
Dramın süjetinin əsasını həmişə ziddiyyətlərin, həyat üçün xarakterik olan konfiktlərin mübarizəsi təşkil edir. Dramaturji obraz daha kəskin və həyatın müəyyənləşmiş, yetişmiş ziddiyyətlərini əks etdirir.
Dramaturji obraz təkcə dilin köməyi ilə deyil, həm də səhnənin dramaturqa verdiyi vasitələrin köməyi ilə də açılır.
Dramaturji obrazın quruluşu lirik və epik obrazlardan fərqlənir. Bu fərq təkcə tətbiq olunan vasitələrin müxtəlifliyi ilə deyildir. Dramaturji obraz insanın daxili aləminin bütün incəliyinə kimi epos və lirikadakı kimi açıla biməz.
Dramaturji süjetlər əsasən daha böyük həyati konfliktlərin əksi ilə bağlı olur. Həyat mübarizəsinin təsviri onlarda ilk plana keçir, qəhrəmanların məqsədləri və iradələri onları qələbəyə gətirib çıxarır.
Buna müvafiq olaraq hələ antik dövrdə dramaturji növün iki əsas növü ayrılırdı: traqediya və komediya. Bu terminlər aşağıdakı mərasimlərlə bağlıdır.Qədim Yunanıstanda Dionis allahın şərəfinə qurban verilirdi və bayram zamanı Dionis haqqında mahnı-traqediya oxunurdu.(traqos- keçi, oda isə mahnı deməkdir.Traqediya –keçi şərəfinə mahnı deməkdir). Bu mahnının əsasını şən məişət səhnələri ilə qarşılaşdırılmış xor mahnıları durur. Özünün inkişafında həm traqediya və həm də komediya dramaturji janrın xüsusu formalarını verir. Tragik obrazlarda həllolunmamış, barışmaz ziddiyyətlər təsvir olunur. Tragediya dramaturji janrın elə bir formasıdır ki, o çıxılmaz ziddiyyətlərin təsviri ilə xarakterizə olunur ki, bunun da sonluğu qəhrəmanın məhvi ilə bitir.(Esxilin "Çar Edip", V.Şekspirin "Romeo və Cülletta")
Komediya isə, tragediyanın əksinə olaraq elə konfliktləri təsvir edir ki, onların mübarizəsi qəhrəmanın qələbəsi üçün çıxış nöqtəsi idi.Sonralar komediya satirik xarakter kəsb etdi.
XIX əsrdə drama termini ikinci məna kəsb edir. Dramaturji janrlardan biri də drama adlanır. Dar mənada drama kəskin konfliktləri versə də, onlar bu və ya digər dərəcədə həll olunanlardırlar. Buna görə də onlardakı qəhrəmanların taleləri müxtəlif ola bilər.
Dramın əsas növləri müxtəlif variantlarda da ola bilər: vodevil- yüngül məişət mövzusundakı komediyadır; fars-məişət komediyası olmaqla bərabər ifrat dərəcədə böyüdülmüş qrotesk xarakterdir; melodrama – emosional xarakterli, digər sözlə desək, musiqi müşaiyyəti ilə verilən dramadır