kopilkaurokov.ru - сайт для учителей

Создайте Ваш сайт учителя Курсы ПК и ППК Видеоуроки Олимпиады Вебинары для учителей

M?kt?blil?rin v?t?nin m?dafi?sin? haz?rl???nda fiziki t?rbiy?nin ?h?miyy?ti.В рамках подготовки к обороне школьников страны   Важность физического воспитания.

Нажмите, чтобы узнать подробности

В рамках подготовки к обороне школьников стран  Важность физического воспитания.
В конце двадцатого века, созданная независимой Республикой. С провозглашения независимости нашей страны, мы столкнулись с рядом проблем. Эти проблемы тесно связаны с экономикой и культурой страны.
С момента обретения независимости, Азербайджан столкнулся с серьезной проблемой. Она тесно связана с армянской агрессии против Азербайджана. Армянские вооруженные силы оккупировали 20 процентов диких земель. Чтобы очистить земли есть необходимость реализовать целый ряд мер. Важные задачи средних и высших учебных заведений. В дополнение к обеспечению глубоких знаний подрастающего поколения, изучая физическое развитие детей и молодежи, был установлен в качестве цели и задачи важно обратить внимание на спорт. Младший средних и высших школ и спортивных обществ необходимо разработать физического воспитания и спорта.
HAAliyev Umummiliderimiz население, особенно дети, подростки и молодые люди в сфере физической культуры и спорта, а также туризм, экскурсии, демонстрации учебных заведений в развитии эффективной работы в этой области с просьбой, чтобы увидеть серьезное, физического воспитания и спорта в нашей повседневной жизни советую
сделал. Из-за способа толерантность к физической нагрузке, высокое качество, сильная воля, мужество и m?tan?tlik качества, как важно, как здоровье манерами жизни граждан, подготовка к родам, можно быть в состоянии подготовить молодых людей к военной службе.
HA является самой древней из физического воспитания и спорта, неоднократно подчеркивал важность работы внутренней обороны.
  Карабах в битве за здоровых людей, их здоровье, физическое воспитание и спорт регулярно выступающих в защиту граждан страны усилены qazanm?slarOnlar больших побед в воде, суше и воздуху сражений быстроты, ловкости и сильной волей, endirmisl?r тяжелые удары по врагу.
Армянский фашизм на уроках физкультуры в школах для студентов убирать земли различного походки и конкурсов, kroslar, преодолевать препятствия вертикальной высоты прыжка, гранаты бросать, свободно и правильно нацелить цель, реки и озера учат плавать. Физические хорошо подготовленные молодые люди, защищавшие Родину, а также пример бойца.
Чтобы сделать это, не далеко от уникальной для нас, не должны курить, следует обратить особое внимание образованию, физической культуры и спорта, здравоохранения должны заниматься на регулярной основе. Это ваше сообщество и гражданский долг ".
Армяне в карабахской войне коварных физических тренеров и спортсменов, которые отдали свои жизни за Родину, показывая храбрость и мужество, поднял земли обороны, родина, родной земли, справедливость, честь и целомудрие был убит в имя, страну, землю, людей, чувство отца и любви материсмысл величественный и горжусь этим были в более богатой.
Нагорно-Карабахская и храбрость и доблесть в боях происходит вокруг него, потому что из 2 окончил Азербайджанской Государственной Академии физической культуры и спорта: Алияр Алиева, сына Иосифова, сын Саади сети Исмаилов,
Государственный педагогический университет и окончил факультет военной и физической подготовки, а также Matlab Гулиев Miralakbar он был награжден национальным героем Азербайджанской Республики, сотни аспирантов, которые стали мучениками, раненых и пропавших без вести. Живой в их памяти. Они всегда будут помнить благодарной нации, забыли. Имена героев увековечены читать в школах, на улицах, и их названия
дано. Герои, бюсты, статуи, школы, улицы и площади были переданы на путь военных музеев, созданных на улицах.
?yanil?sdirilm?si дорожные воины, погибшие за возникновение земельного битвы, в присутствии активизации школьников, их родины, материнской любви, тепла, интерес в области физического воспитания и спортивной куртке - увеличивается.Первой военной акцией, чтобы защитить чувства и привычки, сформированные в детстве родины студентов начинают найти небольшую школу. Они читают книги, написанные о военных вопросов, а их действия проявили большой интерес в просмотре фильмов, как храбрый воин героев, стараясь быть гибкой и сильной волей людей. Все эти качества, дубильные дети играют важную роль на уроках физкультуры. Все обороны страны и оккупированном нагорно-карабахского региона и 7 (Агдам, Djebrayil, Zengilan, Лачин Лачин), чтобы освободить предварительную работу закладывает основу для дальнейшего совершенствования.
Абсолютно убеждены, что азербайджанский народ, и все сотрудники Вооруженных Сил национальной гордости в возвращении земель, сущность и дух национального himimizin начиная доблестно большая честь и одерживать победы.

Вы уже знаете о суперспособностях современного учителя?
Тратить минимум сил на подготовку и проведение уроков.
Быстро и объективно проверять знания учащихся.
Сделать изучение нового материала максимально понятным.
Избавить себя от подбора заданий и их проверки после уроков.
Наладить дисциплину на своих уроках.
Получить возможность работать творчески.

Просмотр содержимого документа
«VETENIN MUDAFIYESINDE FIZIKI TERBIYENIN ROLU (2)»


Məktəblilərin vətənin müdafiəsinə hazırlığında

fiziki tərbiyənin əhəmiyyəti.

XX əsrin sonlarında müstəqil Azərbaycan Respublikası yarandı. Ölkəmizdə müstəqillik yarandığı gündən bir sıra problemlərlə qarşılaşdıq. Həmin problemlər ölkənin iqtisadiyyatı və mədəniyyəti ilə sıx əlaqədardır.

Azərbaycan müstəqillik əldə etdiyi gündən etibarən daha bir ciddi problemlə qarşılaşdı. Bu ermənistanın Azərbaycana təcavüzü ilə sıx əlaqədardır. Vəhşi ermənistan ordusu torpaqlarımızın 20 faizini işğal etmişdir. Torpaqlarımızın işğaldan təmizlənməsi üçün bir sıra tədbirlərin həyata keçirilməsinə çox böyük ehtiyac vardır. Orta və ali təhsil müəssisələrinin qarşısında vacib vəzifələr qoyulmuşdur. Böyüməkdə olan nəslə hərtərəfli bilik verməklə bərabər, təhsil alan yeniyetmə və gənclərin fiziki tərbiyəsinə, idmanına diqqət yetirilməsi mühüm məqsəd və vəzifə kimi qarşıya qoyulmuşdur. Ümumtəhsil və ali məktəblərdə və idman cəmiyyətlərində yeniyetmə və gənclərin bədən tərbiyəsi və idmanını inkişaf etdirmək lazımdır.

Ümummiliderimiz H.Ə.Əliyev əhalinin, xüsusi ilə uşaqların, yeniyetmə və gənclərin bədən tərbiyəsi və kütləvi idmanın, həmçinin turizmin, ekskursiyaların, yürüşlərin inkişafını təhsil müəssisələrindən bu sahədə səmərəli işlər görməsini ciddi surətdə tələb etmiş, bədən tərbiyəsi və idmanı gündəlik həyatımıza daxil etməyi məsləhət

görmüşdür. Çünki həmin yolla həyatda dözümlülük, yüksək keyfiyyətlilik, möhkəm iradə, mərdlik və mətanətlik kimi vacib keyfiyyətlər tərbiyə etməklə vətəndaşların can sağlığına, əməyə hazırlığa, gəncləri hərbi xidmətə hazırlamağa müvəffəq olmaq mümkündür.

H.Ə.Əliyev bədən tərbiyəsi və idmanın Azərbaycanda ən qədim tarixə malik olduğunu, vətənin müdafiəsi işində çox böyük əhəmiyyətini dəfələrlə qeyd etmişdir.

Qarabağ uğrunda gedən döyüşlərdə sağlam insanlar, bədən tərbiyəsi və idmanla müntəzəm məşğul olub öz sağlamlığını möhkəmləndirmiş vətəndaşlar vətənin müdafiə olunmasında daha böyük qələbələr qazanmışlar.Onlar suda, quruda və hava döyüşlərində cəldlik, çeviklik və möhkəm iradə göstərərək düşmənlərə ağır zərbələr endirmişlər.

Torpaqlarımızın erməni faşizmindən təmizlənməsi üçün məktəblərimizdə fiziki tərbiyə dərslərində şagirdlərə müxtəlif yeriş və qaçışlar, kroslar, maneələrin dəf edilməsi ilə uzununa, hündürlüyə tullanmalar, qumbara atma, sərbəst və düzgün olaraq hədəfi nişan almaq, çay və göllərdən üzüb keçmək öyrədilir. Fiziki cəhətdən hazırlıqlı gənclər Vətənin müdafiəsində yaxşı bir döyüşçü kimi nümunə göstərirlər.

Bunun üçün bizə xas olmayan əməllərdən uzaq olmalı, siqaret çəkməməli, təhsilə xüsusi diqqət yetirməli, bədən tərbiyəsi və idmanla müntəzəm məşğul olmalı və sağlamlığımızın qayğısına qalmalıyıq. Bu sənin ictimai və vətəndaşlıq borcundur».

Məkrli ermənilərlə Qarabağ savaşında da bədən tərbiyəçi və idmançılarımız vətən uğrunda canlarından keçmiş, mərdlik və cəsurluq göstərərək, torpaqlarımızın müdafiəsinə qalxmış, Vətən, doğma torpaq, haqq-ədalət, qeyrət və ismət naminə şəhid olmuş, Vətənə, torpağa, xalqa, ata və anaya məhəbbət hissinin ecaskar mənasını daha da zənginləşdirmiş və bundan qürur duymuşlar.

Yuxarı Qarabağ və onun ətrafında gedən vuruşlarda da igidlik və şücaət göstərdiklərinə görə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirmiş 2 məzun: Əliyar Yusif oğlu Əliyev, İlqar Sədi oğlu İsmayılov,

Azərbaycan Dövlət Pedaqoji Universitetinin hərbi və fiziki hazırlıq fakültəsini bitirmiş Mirələkbər İbrahimov və Mətləb Quliyev Azərbaycan Respublikasının milli qəhrəmanı adına layiq görülmüş,yüzlərlə məzun və tələbələrimiz vətən uğrunda şəhid olmuş, yaralanmış və İtkin düşmüşlər. Onların xatirələri ürəklərdə yaşayır. Onlar qədirbilən xalqımız tərəfindən daim yad edilir, unudulmur. Milli qəhrəmanlarımızın adları əbədiləşdirilmiş, oxuduqları məktəblərə, yaşadığı küçələrə onların adları

verilmişdir. Qəhrəmanların büstləri, heykəlləri məktəblərdə, küçə və meydançalarda qoyulmuş, keçdiyi döyüş yoluna həsr edilmiş muzeylər, küçələr yaradılmışdır.

Torpaq uğrunda şəhid olmuş igidlərin keçdiyi döyüş yolunun əyaniləşdirilməsi, məktəblilərin gözü önündə bir daha canlandırılması, onlarda vətənə, anaya məhəbbət hissi oyadır, bədən tərbiyəsi və idmana marağı qat – qat artırır. Şagirdlərdə Vətənin müdafiəsi üçün ilk hərbi hisslər və hərəkət vərdişləri kiçik məktəb yaşlarından təşəkkül tapmağa başlayır. Onlar hərbi mövzularla əlaqədar yazılmış kitabları oxumağa, kinofilmlərə tamaşa etməyə böyük maraq göstərir və öz hərəkətlərində qəhrəmanlar kimi cəsur döyüşçü, çevik və möhkəm iradəli adamlar olmağa çalışırlar. Bütün bu keyfiyyətlərin uşaqlara aşılanmasında fiziki tərbiyə məşğələləri mühüm rol oynayır. Bütün bunlar ölkənin müdafiəsi və işğal olunmuş Yuxarı Qarabağın və 7 rayonun (Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Kəlbəcər, Laçın) azad olunmasına hazırlıq işinin daha da gücləndirilməsinə zəmin yaradır.

Tam əminik ki, Azərbaycan xalqı və onun milli iftixarı olan Silahlı Qüvvələrin bütün heyəti bütövlükdə torpaqlarımızın geri qaytarılmasına, milli himimizin mahiyyəti və ruhunda başlayaraq, böyük şərəf və şücaətlə zəfərlər qazanacaqdır.

Xalqımızın iradəsi və milli ruhu himnimizdə aşağıdakı kimi öz əksini tapmışdır:

Azərbaycan! Azərbaycan!

Ey qəhrəman övladın şanlı Vətəni!

Səndən ötrü can verməyə cümlə hazırız!

Səndən ötrü qan tökməyə cümlə qadiriz!

Üçrəngli bayrağınla məsud yaşa!

Minlərlə can qurban oldu!

Sinən hərbə meydan oldu!

Hüququndan keçən əsgər,

Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,

Sənə hər an can qurban!

Sənə min bir məhəbbət

Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,

Bayrağını yüksəltməyə

Cümlə gənclər müştaqdır!

Şanlı Vətən! Şanlı Vətən!

Azərbaycan! Azərbaycan!


Получите в подарок сайт учителя

Предмет: Физкультура

Категория: Планирование

Целевая аудитория: Прочее

Автор: Алиев Ильхам Исмаил

Дата: 20.01.2015

Номер свидетельства: 158578


Получите в подарок сайт учителя

Видеоуроки для учителей

Курсы для учителей

ПОЛУЧИТЕ СВИДЕТЕЛЬСТВО МГНОВЕННО

Добавить свою работу

* Свидетельство о публикации выдается БЕСПЛАТНО, СРАЗУ же после добавления Вами Вашей работы на сайт

Удобный поиск материалов для учителей

Ваш личный кабинет
Проверка свидетельства